Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    Multikulturalizm müxtəlif mədəni dəyərlərin dövlət tərəfindən tanınması və qorunması, bu dəyərlərin vahid cəmiyyətdə yerləşdirilməsidir.
    Qədim zamanlardan ölkəmiz başqa vətəndaşları öz həmyerlilərimizdən ayırmayıb, onların özlərini qürbətdə hiss etməmələri üçün hər cür şərait yaradıb. Azərbaycanda etnik axınların hər zaman güclü baş tutmasına səbəb məhz torpağımızın münbitliyi, ölkəmizin dünyanın ən gözəl guşələrindən birində yerləşməsi, xalqımızın sülhsevər olmasıdır. Hal-hazırda yurdumuza gələn turistlər də xalqımızın qonaqpərvər olduğunu söyləyirlər. Ölkəmizdə multikulturalizm üçün hər cür şəraitin olması onların çox zaman vətənimizdə daimi məskən salmasına səbəb olur.
    Ümummilli lider Heydər Əliyev deyib: “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakteri baxımından yüksək tolerantlıq hissinə malikdir”. Ulu öndərin multikulturalizmlə bağlı həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev deyib: “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib”.
    Avropanın 15 universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması sübut edir ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırıb.
    Multikulturalizmin yaxşı və xoşagəlməz cəhətləri var.
    Bir çox ölkələrdə baş verən hadisələrin səbəbinin irqi, dini ayrı-seçkiliyin olması məlum məsələdir. Bunu bəzi ermənipərəst dövlətlərin Azərbaycana ikili standartlar baxımından yanaşması da sübut edir.
    1965-ci il dekabrın 21-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya ölkəmiz də qoşulub.
    Odlar Yurdunda xarici vətəndaşların mətbəxindəki yeməklərin hazırlanması, onlar üçün məktəblərin açılması başqa millətlərə olan hörmətdən yaranır. Ayrı-ayrı millətlərin nümayəndələrinin bir-biri ilə qohumluq əlaqələri yaratması da ölkəmizdə ənənəvi haldır.
    Ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Multikulturalizmdən imtina etmək dövlətlər arasında qarşıdurmaya, dostluq əlaqələrinin pozulmasına səbəb ola bilər.
    Başqa millətlər onun da şahidi olurlar ki, ölkəmiz milli-mənəvi dəyərlərə və mentalitetimizə çox bağlıdır.
    Bir sıra problemlər–məsələn, müharibələr nəticəsində də dünya xalqları arasında miqrasiya prosesi baş verir. Bu zaman multikulturalizmə daha çox diqqət yetirilməlidir.
    Azərbaycanda yeni iş yerlərinin açılması, gənclərin ali təhsil alması üçün əlverişli şəraitin yaradılması, ölkəmizdə aparılan tikinti-quruculuq işlərinin yüksək səviyyədə keçirilməsi xarici vətəndaşları yurdumuza cəlb edir.
    Prezident İlham Əliyev deyib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:46

İsmarıclar bağlıdır.