Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    Açar sözlər: tolerantlıq, multikulturälizm, din, forum
    Tolerantlıq ruhu “Azərbaycan” adlı bədəndə mükəmməl tarazlıq və harmoniya halında minillərdir ki, yaşayır və inkişaf edir. Dünyanın bütün xalqları kimi Azərbaycan xalqı da bu günə tarixin çox çətin və rəhmsiz sınaqlarından keçərək gəlib çatmışdır. Lakin “azərbaycanlı” adlanan etnik mədəni fenomen heç vaxt başqasının yurduna, malına, elinə göz dikməyib, xor baxmayıb. Belə bir fakta nəzər salaq, 2016-cı il aprel döyüşü zamanı rus jurnalisti erməni qızlardan soruşur: “Azərbaycan ordusunun Xankəndinə girəcəyi sizi qorxutmur?”. Onların cavabı isə belə olur, “Yox, çünki Azərbaycan əsgərləri qadınlara, qocalara və uşaqlara toxunmurlar”.
    Ən qədim zamanlardan ölkəmizin ərazisində dünyanın müxtəlif dini əqidələrinə sitayiş edən insanlar yaşamışdır. Lakin tarix boyu bu məmləkət də bir dəfə də olsun etnik müxtəliflik zəminində ayrı-seçkilik aktı baş verməmişdir. XIX əsrdə Azərbaycan maarifçiləri Şərq tarixində ilk dəfə olaraq islam ideologiyasının Avropa elm və texnologiyaları ilə birgə mövcudluğunun və harmoniyasının mümkün olduğunu və vacibliyini elan etmiş, islamda ən mübahisəli məqamlardan biri olan “cihad” fenomenini “insanın şəxsi cahilliyinə qarşı müharibə elan etməsi” kimi qiymətləndirmişlər.
    Beləliklə, XX əsrin 90-cı illərində Azərbaycan milli xarakterinin ən mütərəqqi elementi olan tolerantlıq multikulturalizm siyasəti səviyyəsinə yüksəlir. Bu gün Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarını yaymaq məqsədilə beynəlxalq arenada BMT, ATƏT, UNESCO və digər təşkilatlarla əməkdaşlıq edir. 2010-cu il aprelin 26-27-də Azərbaycanda baş tutmuş “Dini liderlərin Bakı sammiti” Azərbaycanın din siyasətinin təbliği üçün möhtəşəm imkanlar yaratdı. Bu tədbirdə rus provaslov kilsəsinin, gürcü provaslov kilsəsinin, habelə, erməni qriqorian kilsəsinin və digər dini icmaların nümayəndələri iştirak edirdilər. Bakıda həyata keçirilən “Mədəniyyətlərarası dialoq üzrə Beynəlxalq forumların” özəl çəkisi və əhəmiyyəti vardır. Bu və digər beynəlxalq tədbirlərin məhz Azərbaycanda həyata keçirilməsi ölkəmizdə yüksək təşəkküllü tolerant və multikultural mühitin mövcud olmasının parlaq göstəricisidir.

    Yaqut QURBANZADƏ,
    Azərbaycan Dillər Universiteti,
    Təhsil fakültəsi

    Müəllif: Redaktor, 10:01

İsmarıclar bağlıdır.