Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    Təhsil xəzinədir, əmək onun açarı
    Seyid Əzim ŞİRVANİ
    Müasir təhsil metodlarından götürülən nümunələr əsasında ölkəmizdə tədris prosesi daha yüksək səviyyədə inkişaf edir. İstedadlı tələbələr gələcəkdə Azərbaycanın müxtəlif sahələrdə uğur qazanmasına səbəb olur. Ümummilli Lider Heydər Əliyev deyib: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.
    Xüsusilə, xarici dilləri öyrənmək gələcək karyera həyatında işləmək üçün insana kömək olur.
    Abituriyentlər qarşısına qoyduğu məqsədə çatmaq üçün gündəlik dərs proqramlarına ciddi və məsuliyyətlə hazırlaşmalıdırlar.
    Bu yazımla hər kəsi rayonumuzu tanıdan bir tələbə ilə tanış edəcəyəm. Yaqut Qurbanzadə 2001-ci ildə Tərtərin Səhlabad kəndində anadan olub. Ailənin kiçik övladı olan bu qız Tərtər şəhər 6 nömrəli tam orta məktəbin məzunudur. O, 2018-ci ildə imtahanda yüksək nəticələr əldə edərək 628 balla Xarici Dillər Universitetinin İngilis dili fakültəsinə qəbul olaraq tələbə adını qazandı.
    Atası Eyvaz Qurbanov Qarabağ müharibəsi veteranıdır. Eyvaz Ağdərəətrafı və Qarabağ döyüşlərində iştirak edib. BDU-nun hüquq fakültəsini bitirdikdən sonra Tərtər və Goranboy rayonlarında müstəntiq işləyib. 6-cı sinifdə oxuyarkən atasını itirdiyini deyən Yaqut ailə yükünün qardaşının öhdəsinə düşdüyünü bildirdi.
    Bu tələbənin məqalə yazmağı onun akademik qabiliyyətindən irəli gəlir. Yaqutun hazırladığı “Azərbaycan Tolerantlıq ənənələrindən Multikulturalizmə keçid” mövzusu ilə universitetdə ikinci yerə çıxıb. Aprel döyüşlərindən də bu yazıda bəhs etdiyini dedi.
    O, universitetdə Tələbə Gənclər Təşkilatının üzvüdür, zərbəçidir.
    “Ədəbiyyat biliciləri”nin yarışmasında rəsm üzrə Tərtər rayonunda birinci yerə çıxıb. Bununla yanaşı rayonlararası rəsm yarışmasında üç dəfə diploma layiq görülüb.
    Qəhrəman Tərtər haqqında video-çarx hazırlayıb müəllim və tələbələri rayonumuzla tanış edib.
    Gələcək arzusu ixtisası üzrə magistratura təhsili almaq və öz rayonumuzda müəllim kimi çalışmaqdır.
    Yaqut Qurbanzadə tələbələrə verilən təqaüdlərin artırılması ilə bağlı ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Onu da qeyd etdi ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onu, anasını və müəllimini qəbul etmiş, onların qayğıları ilə maraqlanmış və bu istedadlı gəncə uğurlar diləmişdir.
    Ümumiyyətlə, icra başçısı Müstəqim Məmmədov rayonun bütün gəncləri ilə daim əlaqədə olur, onlarla vaxtaşırı görüşlər təşkil edir, istək və arzularını öyrənir, lazım gələn köməyi əsirgəmir. O, həmişə və bütün sahələrdə gənclərin yaxın dostuna və köməkçisinə çevrilir.
    Mən gələcəyi parlaq olan bu xanıma hər zaman ailəsinə başucalığı gətirməyi arzu edirəm.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 10:06

İsmarıclar bağlıdır.