Tərtər Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Tərtər şəhərində “Ölkə üzrə 
icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Agentliyin əməkdaşı Elvin Abbasov iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.
Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat verib.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
“Yeni Tərtər”
-
30YanSəhiyyə İCBARİ TİBBİ SIĞORTA AKTUAL MƏSƏLƏDİR üçün şərhlər bağlıdır
-
30YanXəbərlər MİLLİ QƏHRƏMANIN XATİRƏSİ ANILIB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
Mərasimdə Elman Hüseynovun həyat yoldaşı və döyüş dostları çıxış ediblər. Bildirilib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtərin Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1968-1973-cü illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisasına yiyələnib. Sonra Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. Həmin ilin sentyabrında Tərtər Özünümüdafiə Qərargahının rəisi, noyabrında Tərtər Ərazi Özünümüdafiə Batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi ilə keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Döyüşlərdə iki dəfə yaralanıb.
1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
“Yeni Tərtər” -
30YanKənd Təsərufatı TAXIL SƏPİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır
Rayonumuzda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün taxıl səpinini başa çatdırıblar. Rayon üzrə 10 min
655,8 hektarda taxıl səpini aparılıb. Taxıl əkinlərinin 6056,9 hektarı buğda, 4442,9 hektarı dən üçün arpa, 156 hektarı xəsil arpadır. Taxıl əkinlərinin 10 min 200 hektarında bitiş suvarılması aparılıb.
2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilmiş, zəmilərdən 42 min 352,3 ton məhsul götürülmüşdür.
“Yeni Tərtər” -
30YanƏdəbiyyat FÜZULİ–QƏLB ŞAİRİ üçün şərhlər bağlıdır
Dünya ədəbiyyatına gözəl nümunələr bəxş edən Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə Kərbəlada dünyaya göz açıb. Füzuli sözünün mənası çox danışan deməkdir. Bayat tayfasının nümayəndəsi olan bu şəxsiyyət mükəmməl təhsil almışdı. Savadlı olduğu üçün (tarix, fəlsəfə, tibb və başqa elmlərə bələd idi) ona “Molla”, “Mövlanə Füzuli” deyirdilər. Əhdü Bağdadi “Gülşənüş şüara”(“Şairlərin gülşəni”) əsərində onu dövrünün alimi adlandırıb. Sadə həyat yaşayan Füzuli saraylardan uzaq olub.
İngilis alimi Gibb Füzulini “qəlb şairi” adlandırıb və deyib: “Füzuli ilhamını hər hansı bir şairin əsərindən deyil, öz qəlbindən alırdı. O, öz dühasının işığı ilə parlayaraq özünə xas olan yeni yol tapmışdır. Bu yolda onun sələfi yoxdur”.
Yaradıcılığa gənc yaşlarından başlayıb. Əsərlərini üç dildə(azərbaycan, ərəb və fars) qələmə alıb. O, epik, lirik növdə və nəsr həm də nəzmlə bənzərsiz nümunələr yaratmışdır. Ədəbiyyatımızda ana dilində ilk nəsr əsəri(“Şikayətnamə”), tərcümə əsəri(“Hədisi-ərbəin”), bir əsərdə bir neçə bəhrdən istifadə olunan əsər(“Leyli və Məcnun”), alleqorik poeması(“Həft Cam”) Füzuli yaradıcılığına məxsusdur. Daha ətraflı » -
30YanDigər VALİDEYN-ÖVLAD MÜNASİBƏTLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ üçün şərhlər bağlıdır
Övlad borcu çətin və qaytarıla bilinməyən borcdur. Çünki hər bir valideyn uşağını boya-başa çatdırana qədər çox əziyyət çəkir.
Atalar və analar övladlarının xoş güzəranı üçün hər əziyyətə, çətinliyə dözürlər. Böyük dramaturq Cəfər Cabbarlı “Ana” şeirində ana məhəbbətindən bəhs edib.
Ana! Ana! O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Valideynə hörmət etmək hər kəsin müqəddəs borcudur. Valideyn xeyir-duası deyilən bir ifadə mövcuddur. Lakin əfsuslar olsun ki, cəmiyyətimizdə övladının gələcəyini fikirləşməyən, narkotik, alkoqol içkilərinin düşkünü olan atalar və ya öz uşağını düşdüyü mühitə qurban verən analar vardır. Öz həyat yoldaşına övladlarının gözü qarşısında əl qaldıran atanın yanında uşağın psixologiyasından və tərbiyəsindən söhbət gedə bilməz. Çünki tərbiyə prosesi irsiyyətlə bağlıdır. Çox vaxt tərbiyənin anadan asılı olduğu fikri deyilir. Ailə tərbiyəsi həm atadan, həm də anadan asılıdır.Çünki ailə kiçik dövlətdir. Onun başçısı da atadır. Belə bir atalar sözü var: “Hər bir uşaq öz ailəsinin güzgüsüdür”.
Bəzən ata və analar övladlarını öz arzuladıqları kimi görmək üçün uşaqlara zor tətbiq edirlər. Belə hallarla üzləşən yeniyetmələr əksinə evdən və ailədən bezirlər və nəticədə cəmiyyətdə layiqli yer tuta bilmirlər. Övladlar arasında qoyulan fərq, uşağı başqalarının yanında təhqir etmək, ona qarşı inamsızlıq yetkinlik yaşına çatmayan adamlarda yalnızlıq hissini formalaşdırır. Valideyn ilk növbədə tələbkar olmalıdır. Öz istəyini xoşluqla övladına sevdirməli, onda həmin sahəyə maraq oyatmalıdırlar.
Bəziləri isə uşağa çox pul verməklə ona yaxşılıq etdiyini düşünür. Lakin uşağın bir gündə xeyli pulu nəyə sərf etməsinə valideyn biganə qalmamalıdır. El arasında belə bir deyim var: “Uşağı buyur, dalınca yüyür”.
Hər zaman ana-atalarımızın qayğısına qalmalıyıq. Onların könlünü xoş etmək, razı salmaq ən böyük arzumuz olmalıdır. Hər kəsin əzbər bildiyi belə bir ibrətamiz hekayə var: Daha ətraflı » -
30YanDigər O GÜN GƏLƏCƏK üçün şərhlər bağlıdır
Qədir Tərtərli AYB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Dünən gecə əmim oğlu yuxuma girmişdi. Aprel döyüşlərində şəhid olmuş əmim oğlunu deyirəm. Üzünə baxan kimi sözlü adama oxşadığını hiss etdim. Sözlü adamı tanımaq da mənim əlimdə iki vur ikidi. Uşaqlığımdan beləyəm. Bir adamın ki, diqqətlə üzünə baxdım, o saat bilirəm ki, nəsə bir sözü var.
Nə deyəcəyini, məndən nə soruşacağını əvvəlcədən soruşmaq istəmədim ondan. Bilirdim ki, sözünü ürəyində saxlayası döyül ha, nə vaxtsa deyəcək.
– Əmioğlu, -dedim, səndən çıxmayan iş, nə yaxşı yuxuma girmisən? Elə yadıma düşürdün ki… Deyirdim kaş nə olaydı, əmioğlumnan lap yuxuda olsa da görüşəydik. Bir hal-xoş eləyəydik. Allaha şükür ki, bu istəyim baş tutdu. Hə, əvvəlcə de görüm necəsən, günlərin necə keçir, darıxıb eləmirsən ki, buralarda?
Bir az qaşqabaqlı cavab verdi sualıma. Görünür, nədənsə dilxorçuluğu varmış:
– Necə olacam, burdakı ölülər necədisə, mən də eləyəm. Sizin kimi halva yemirik ki! Yatanda yatırıx, duranda dururux. O ki, qaldı darıxmağıma, necə deyim ey, bilmirəm. Gündü də, keçiririk. Yaxşısı da olur, pisi də. Bir də axı, tutalım ki, darıxdım, darıxıf neyliyəsiyəm ki? Parkı yox, bulvarı yox, gəzməli elə bir yeri yoxdu ki, buraların. Qəvrisannıxdı, qəvirlərdi, bir də ki, mənim kimi ölülərdi burda. Daha ətraflı »Teqlər: Digər
-
17YanDigər üçün şərhlər bağlıdır
Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.
İlham Əliyev, Azərbaycan Resbuplikasının Przedenti -
17YanTərtər RİH-də BALAKƏNGƏRLİ KƏNDİNDƏ SƏYYAR-QƏBUL GÖRÜŞ üçün şərhlər bağlıdır
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının,
səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri kənd sakinlərini Yeni il münasibəti ilə təbrik etdi, onlara uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
Sonra icra başçısı ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin, xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşmasına zəmin yarandığını qeyd etdi. Daha ətraflı » -
17YanXəbərlər GÖRÜLƏN İŞLƏR TƏHLİL OLUNUR, VƏ HƏDƏFLƏR MÜƏYYƏN EDİLİR üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd
inzibati ərazi dairələri üzrə namayəndəliklərində 2019-cu ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır.
29 İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqları 8 yanvar 2020-ci il tarixdən 29 yanvar 2020-ci il tarixi əhatə edəcəkdir.
Hesabat yığıncaqlarında il ərzində görülən işlərə yekun vurulur və gələcək vəzifələr müəyyənləşdirilir.
İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqları ilə bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən müvafiq cədvəl təsdiq olunmuş, məsul nümayəndələr ayrılmış və əsas tədbirlər müəyyən edilmişdir. Daha ətraflı » -
17YanDigər TƏBRİK üçün şərhlər bağlıdır
“Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata-baba ocağıdır”
Ümummilli Lider
Heydər ƏLİYEV
Hörmətli Tofiq Yusif!
Sizi – Dünya Azərbaycanlılarının Həmrəylik Gü-nü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram!
Tarixi şəxsiyyətlər yetişdirmiş müqəddəs türk torpağı “Odlar Yurdu”, “Şərqin Günəşi” sayılan müs-təqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların işıqlandırılmasında Sizə və rəhbərlik etdiyiniz kollektivə səmərəli fəaliyyət diləyirəm!
Qoy üzünüzə gələn illər həyatınıza yeni nəfəs və təravət bəxş etsin, Sizi daha xoş arzu və istəklərə qovuşdursun!
Şəhid gizir Aydın Abdullayevin
atası Əmirsoltan Abdullayev
Bakı şəhəri


Yeni ismarıclar