Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Tərtər Rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
    Mərasimdə Elman Hüseynovun həyat yoldaşı və döyüş dostları çıxış ediblər. Bildirilib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtərin Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1968-1973-cü illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisasına yiyələnib. Sonra Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
    Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. Həmin ilin sentyabrında Tərtər Özünümüdafiə Qərargahının rəisi, noyabrında Tərtər Ərazi Özünümüdafiə Batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi ilə keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
    Döyüşlərdə iki dəfə yaralanıb.
    1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
                                                                                                                                                                                                      “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:18

İsmarıclar bağlıdır.