Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Yan

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə namayəndəliklərində 2019-cu ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır.
    29 İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqları 8 yanvar 2020-ci il tarixdən 29 yanvar 2020-ci il tarixi əhatə edəcəkdir.
    Hesabat yığıncaqlarında il ərzində görülən işlərə yekun vurulur və gələcək vəzifələr müəyyənləşdirilir.
    İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqları ilə bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən müvafiq cədvəl təsdiq olunmuş, məsul nümayəndələr ayrılmış və əsas tədbirlər müəyyən edilmişdir.

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd İƏD üzrə nümayəndəliyində də hesabat yığıncağı keçirilib. İcra nümayəndəsi Razil Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə 2019-cu ildə respublikamızda və rayonumuzda görülən işlərə qısa nəzər salınıb. Sonra Qaradağlı kənd İƏD üzrə nümayəndə-liyin hesabat ilində fəaliyyəti konkret faktlarla göstərilib. Qeyd olunub ki, bu nümayəndəlik Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1414 hektardır. Bu ərazidə 8 məcburi köçkün və qaçqın ailəsi də məskunlaşıb.
    Kənd sakinlərinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir. Ərazidə 936 hektar əkin yeri vardır.
    2019-cu ildə nümayəndəliyin təsərrüfatlarında 1357 baş iribuynuzlu mal-qara, 2093 baş qoyun və keçi qeydə alınıb.
    Sakinlər daimi olaraq elektrik enerjisi, qaz və içməli su ilə təmin olunurlar. Kəndin yolu asfaltlanıb. Burada infrastruktur normal işləyir.
    Sonra Razil Məmmədov qarşıda duran vəzifələrdən danışdı.
    Məruzə ətrafında çıxışlar oldu.
    Qaradağlı Bələdiyyəsinin sədri Qalalı Hüseynov, Qaradağlı kənd tam orta məktəbinin di-rektoru Eldəniz Ələsgərov, Qaradağlı tibb məntəqəsinin müdiri Süleyman Məmişov, Təzəkənd kənd ümumi orta məktəbinin direktoru Azər Həsənov, kənd ağsaqqalı, təqaüdçü Nəriman Sadıqov çıxış edərək Qaradağlı kənd İƏD üzrə nümayəndəliyin birillik fəaliyyətindən danışdılar, nöqsanları qeyd etdilər və qarşıda duran vəzifələri diqqətə çatdırdılar.
    Hesabat yığıncağında Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış etdi, rayon icra hakimiyyəti başçısının Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyinin 2020-ci ildə qarşısında duran vəzifələr barədə öz fikirlərini söylədi, tövsiyələrini verdi.
    Hesabat yığıncağı müvafiq qərarlar qəbul etdi.
                                                                                                                                                                                               “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:00

İsmarıclar bağlıdır.