MÜƏLLİMLƏR YÜKSƏK HÖRMƏT VƏ TƏMİNATA LAYİQDİRLƏR
Mətbuatda, saytlarda müəllim nüfuzu barədə ciddi müzakirələr gedir, “Azərbaycan” qəzetinin baş re-daktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, ən çox sevdiyim “Ədalət” qəzetinin baş təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas və digər ziyalılar müzakirə olunan mövzuya öz münasibətlərini bildirirlər.
Xəyalən mən də məktəb illərinə qayıdıram. O vaxt sinif müəllimimə yazdığım şeir yadıma düşdü:
İlk dəfə məktəbə gəldiyim zaman,
“Ana” kəlməsini öyrətdin mənə.
Mən də öyrənərək o dəqiqə, hamən
Övlad kimi sevdim min məhəbbətlə,
Səni ikinci ana bildim məktəbdə.
İndi müəllimə ikinci ana kimi baxan şagird varmı? Yenə də bir haşiyə çıxım.
Sonbeşik qızım bir gün dərsdən gələndə dedi ki, “ana, müəllimlər bizi düz tərbiyə etmirlər”. Soruşdum niyə? Dedi ki, kim hədiyyə verirsə, onu tərifləyirlər. Bilmirlər bununla bizdə rüşvətə, yanlış tərifə maraq oyadırlar?
O, bir qədər üsyankar uşaq idi. Hətta universitetdə oxuyanda müəllim bir uşağa haqsızlıq etmiş, bütün tələbələr müəllimə tərəf çıxmış, o isə müəllimə tələbənin düz elədiyini demiş və elə oradaca qeyd etmişdi ki, Siz özünüz də bilirsiniz ki, haqsızsınız. Ancaq əlinizdə qiymət yazan qələm var deyə, uşaqlar qoruxudan Sizin sözünüzü təsdiq edir. Daha ətraflı »
Yeni ismarıclar