Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,768
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    Abbasov Şahin Namaz oğlu

    1974-cü il noyabr ayının 17-də Ermənistan Respublikasının Masis rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirərək nənəsinin himayəsində böyümüşdür. 1988-ci ildə Ermənistandan məcburi köçkün düşərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmış və burada orta təhsilini başa vurmuşdur. 1992-ci il dekabr ayının 18-də Tərtər rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Əvvəllər Füzuli bölgəsində döyüşmüş, sonradan 709 saylı hərbi hissənin tərkibində Kəlbəcər bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il aprel ayınn 8-də Murov dağı uğrunda gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi . Valideynləri rəhmətə gedib.

    Alışov Kəmaləddin Əhəd oğlu

    1973-cü il oktyabr ayının 24-də Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra doğma kəndlərində M.F.Axundov adına kolxozda işləməyə başlamışdır.1992-ci ilin avqust ayında Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmış və 701 saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Xidmət etdiyi 701 saylı hərbi hissənin tərkibində Kəlbəcər bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il aprel ayının 2-də Kəlbəcər uğrunda gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi.
    Ailəsi Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayır.

    Əhmədov Asəf Vahid oğlu

    1974-cü il sentyabr ayının 22-də Tərtər rayonunun Hüsənli inzibati ərazi dairəsinin Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almış və yaşadığı M.Ə.Sabir adına sovxozda fəhlə işləmişdir. 1992-ci ilin sentyabr ayının 30-da rayon hərbi komissarlı-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Milli Ordu sıralarına göndərilmişdir. Hərbi xidmətini 703 saylı hərbi hissədə başlamışdı. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı apa-rılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il aprel ayının 24-də Ağdərə bölgəsində Levonarx kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi.
    Valideynləri rəhmətə gedib.

    Alıyev Zahid İbrahim oğlu

    1974-cü il yanvar ayının 12-də Tərtər rayonunun Hüsənli inzibati ərazi dairəsinin Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra yaşadığı M.Ə.Sabir adına sovxozda fəhlə işləməyə başlamışdır. 1992-ci il sentyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 703 saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində ermənilərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il aprel ayının 19-da Ağdərə ərazisində gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi.
    Valideynləri rəhmətə gedib.

    İbrahimov Nəsib Yusif oğlu

    1968-ci il oktyabr ayının 30-da Tərtər rayonunun Hüsənli inzibati ərazi dairəsinin Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1986-1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı M.Ə.Sabir adına sovxozda fəhlə işləmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına səfərbər edilir və 703 saylı hərbi hissədə xidmət etməyə başlayır. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 16-da Ağdərə bölgəsində itkin düşmüşdür.
    Evli idi.
    Valideynləri rəhmətə gedib.

    İskəndərov İlham İskəndər oğlu

    1975-ci il sentyabr ayının 27-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra yaşadığı M.Ə.Sabir adına sovxozda fəhlə işləməyə başlamışdır. 1993-cü ilin oktyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. 702 saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Xidmət etdiyi 702 saylı hərbi hissənin tərkibində Füzuli bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 10-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi
    Atası rəhmətə gedib, anası Hüsənli kəndində yaşayır.

    Abdullayev Habil Şahmurad oğlu

    1970-ci il noyabr ayının 11-də Tərtər şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 2 saylı orta məktəbdə aldıqdan sonra 1988-ci ilin dekabr ayından 1990-cı ilin sentyabr ayınadək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Erməni işğalçılarının torpaqlarımızda törətdiyi özbaşınalıqların qarşısının alınması üçün onlarla döyüşmək məqsədilə 1993-cü il fevral ayının 5-də 703 saylı hərbi hissənin “Tərtər Özünümüdafiə Batalyonu”na daxil olur. Ağdərə bölgəsində ermənilərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 5 mart 1993-cü ildə Ağdərə rayonu ərazisindəki Sərsəng su anbarı ya-xınlığında gedən döyüşdə itkin düşmüşdür.
    Subay idi. Atası rəhmətə gedib, anası Tərtər şəhərində yaşayır.

    Ələkbərov Sərdar Nazim oğlu

    1963-cü ildə Tərtər rayonunun Qaradağlı inzibati ərazi dairəsinin Qaradağlı kəndində anadan olub. 1978-ci ildə həmin kənd orta məktəbinin 8-ci sinfini, 1980-ci ildə isə Qaradağlı kəndindəki 183 №-li orta Texniki Peşə Məktəbini bitirib. 1982-ci ilin may ayından 1984-cü ilin may ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra iki il Qaradağlı Pambıq Tədarükü Məntəqəsində fəhlə işləyib. On il kolxozda sıravi işlərdə çalışıb. Qarabağda erməni işğalçılarının törətdikləri vəhşiliklərə dözməyərək onlara qarşı mübarizə aparmaq üçün 1992-ci ilin mart ayında könüllü olaraq “Tərtər Özünümüdafiə batalyonu”na yazılıb. Ağdərə bölgəsinin Marquşavan, Marağa, Həsənqaya, Aşağı Çaylı, Seysulan, Yuxarı Çaylı, 3№-li sovxoz və Ağdərə qəsəbəsinin erməni quldurlarından təmizlənməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1993-cü il mart ayının 5-də Sərsəng su hövzəsində aparılan hərbi əməliyyatlarda itkin düşmüşdür.
    Evli idi. Şəhanə adlı bir qızı və Ruslan adlı bir oğlu yadigar qalıb. Övladları ailəlidir.
    Ailəsi Tərtər rayonunun Qaradağlı İnzibati ərazi dairəsinin Qaradağlı kəndində yaşayır.

    Niftalıyev Nizami Niftalı oğlu

    1960-cı il noyabr ayının 20-də Tərtər rayonunun Səhlabad inzibati ərazi dairəsinin Səhlabad kəndində anadan olmuşdur. Orta təhsilini Səhlabad kənd orta məktəbində aldıqdan sonra 1979-1981-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlayan vaxt ermənilərə qarşı ilk mübarizəyə qalxanlardan biri ol-muşdur. 5 mart 1992-ci il tarixdən “Şuşa ərazi özünümüdafiə batalyonu”nun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. 8 may 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşdə itkin düşmüşdür.
    Evli idi. Südabə adlı bir qızı, Dəyanət adlı bir oğlu var. Övladları ailəlidirlər.
    Ailəsi Səhlabad kəndində yaşayır. Ailəsinə Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri üçün tikilmiş binadan ev verilib.

    Əliyev Bəkir İsa oğlu

    1959-cu il yanvar ayının 1-də Tərtər rayonunun Dəmirçilər inzibati ərazi dairəsini Dəmirçilər kəndində anadan olmuşdur. Orta təhsilinin həmin kənd orta məktəbində aldıqdan sonra 1977-1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1980-cı ildə Bakı şəhərinə köçmüş, Şin zavodunda işləməyə başlamışdır. 1988-ci ildən Dağlıq Qarabağ hadisələri ilə bağlı meydana çıxan xalq hərəkatının fəal iştirakçısı olmuşdur. Azərbaycan müstəqilliyini elan etdikdən sonra ermənilərə qarşı mübarizə aparmaq üçün yaranan ilk Azərbaycan batalyonunun tərkibində Şuşaya yola düşmüşdür. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında itkin düşmüşdür.
    Evli idi. Aysel adlı bir qızı, Sənan və Kənan adlı iki oğlu yadigar qalıb.
    Ailəsi Bakı şəhərində yaşayır.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 10:44

İsmarıclar bağlıdır.