Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,768
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    Şəhid və qazi ailələri ziyarət olunub

    “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən Müharibəsi şəhidi Məmmədov Səbuhi Zahid oğlunun ailəsində olub, atası Zahid Məmmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, şəhid Səbuhi Məmmədov 2000-ci il oktyabr ayının 17-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbay-can Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan kənlərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və şəhid olub. Noyabrın 8-də Tərtər rayonunun Kəngərli kəndində dəfn edilib.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
                                                                                                                    * * *
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Abbasov Azad Abbas oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
    Görüşdə şəhid atası Asif Abbasov, şəhid Nizami Salahovun oğlu Nürəddin Salahov, Birinci Qarabağ müharibəsi əlili İfrayıl Məmmədov, Azərbaycan Bayrağı ordenli Vətən müharibəsi iştirakçısı Elnur Salahov və atası Elbrus Salahov iştirak ediblər.
    Abbasov Azad 1969-cu ilin mart ayının 1-də Tərtər rayonunun Poladlı kəndində anadan olub. O, polis əməkdaşı kimi Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından döyüşlərə qatılaraq, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə düşmən tərəfindən atılan mərminin təsiri nəticəsində yaralanmışdır.
    Azad Abbasova döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən fərdi evlə təmin edilmişdir.

     

    Müəllif: Redaktor, 11:00

İsmarıclar bağlıdır.