Dərin hörmət və məhəbbət hissi ilə anırlar
Su-kanal idarəsinin kollektivi də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində əbədiyaşar Liderimizin Tərtərin mərkəzi meydanındakı abidəsini böyük məhəbbət və ehtiram hissi ilə ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
YAP rayon təşkilatının inzibati binasında davam edən tədbirdə idarənin kollektivi ilə yanaşı rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyəti ətrafında geniş söhbət aparılıb, dahi şəxsiyyətin Azərbaycan xalqının həyatındakı mişilsiz rolu qeyd olunub. Bu barədə rayon icra hakimiyyəti aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev danışıb. O bildirib ki, Ulu Öndərin irsi milli sərvətimizdir. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyaya səpələnmiş soydaşlarımızı vahid ideya ətrafında birləşdirir. Daha ətraflı »
Yeni ismarıclar