Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Azərpambıq” MMC-nin Tərtər filialının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və “Azərpambıq” MMC-nin Tərtər filialının kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi bütöv-lüyü uğrunda canlarını fəda et-miş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar msələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova tədbiri acaraq payonda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində bütün bölgələr kimi Tərtər rayonuna da göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, xalqının xilaskarına çevrilən Heydər Əliyev xalqını zamanın ağır sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq onu öz müstəqilliyinə qovuşdurmuşdur. Azərbaycan dövləti yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Tədbirdə YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, “Azərpambıq” MMC-nin Tərtər filialının direktoru Fəqani Babışov, əməkdaşlardan Tofiq Paşayev, Pərvin Misirova, Mühafizə xidmətinin rəisi Elçin Mənsimov çıxış ediblər. Ümummilli Liderin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanılıb. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoyub.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib.
-
08May
Müəllif: Redaktor, 09:06