Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

     

     

     

     

     

    Azərbaycanın hər bir guşəsində olduğu kimi, Tərtər rayonunda da 2023-cü il Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Belə tədbirlər rayon sakinlərinin müstəqil Azərbaycanın xilaskarı və qurucusu olan Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmasında, xüsusən gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında və inkişafında mühüm rol oynayır.
    Bu baxımdan idarə və müəssisə kollektivlərinin, şagirdlərin rayonumuzdakı Dövlət Rəmzləri Muzeyinə təşkil olunan ekskursiyalarının xüsusi əhəmiyyəti var. Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tərtər Poçt filialının, rayon Statistika İdarəsinin, Buruc kənd tam orta və şəhər 1 nömrəli tam orta məktəblərinin kollektivləri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Dövlət Rəmzləri Muzeyində olublar.
    Əvvəlcə ekskursiya iştirakçılarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil.
    Sonra ziyarətçilər muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərinin fotoları ilə tanış olublar. Onlara “Heydər Əliyev” ordeni ilə bağlı ətraflı məlumat verilib.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.