Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,121
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 03Avq
    Digər Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir üçün şərhlər bağlıdır

    Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir. Həmin Fərmana əsasən xalqımız 1 avqust tarixini Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edir.

    Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.1995-ci ildə Daha ətraflı »

  • 03Avq
    Digər Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir üçün şərhlər bağlıdır

    Ana dili hər bir xalqın milli kimliyini, mənəvi varlığını və tarixi yaddaşını yaşadan, onu müstəqil millət kimi formalaşdıran ən mühüm sütundur. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tapması, zənginləşməsi və beynəlxalq aləmdə layiqli mövqe tutması xalqımızın keçdiyi çətin, lakin şərəfli tarixi mübarizə yolunun məntiqi nəticəsidir. Hər il avqust ayının 1-də ölkəmizdə qeyd edilən Azərbaycan əlifbası və Azərbaycan dili günü bu müqəddəs irsə cavabdehlik və milli qürur hissinin təcəssümünə çevrilmişdir.

    Tarixə nəzər salsaq görərik ki, Sovet imperiyası dövründə milli dillərin sıxışdırılması və rus dilinin hakim mövqeyə gətirilməsi siyasəti xüsusilə güclənmişdi. Belə bir mürəkkəb və təhlükəli şəraitdə ana dili məsələsini gündəmə gətirmək böyük siyasi cəsarət və qətiyyət tələb edirdi. Bütün süni məhdudiyyətlərə və təzyiqlərə rəğmən, Ümummilli Lider Heydər Əliyev hələ 1970-ci illərdən başlayaraq Azərbaycan dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda ardıcıl mübarizə aparmış, ziyalıları və bütövlüklə xalqı bu ideya ətrafında səfərbər etmişdir. Bu mübarizənin tarixi nəticəsi kimi 1978-ci il aprelin 2-də Heydər Əliyevin bilavasitə təşəbbüsü və təklifi ilə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi. Bu, həmin dövr üçün misilsiz bir tarixi qələbə idi. Daha ətraflı »