Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,144
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Avq

    Dünyanın aparıcı ali təhsil müəssisələrindən qəbul almaq, ancaq bu təkliflərdən imtina edib təhsilini ölkəmizdə davam etdirmək böyük seçimdir.

    “Azərbaycan müəllimi”nin müsahibi də ABŞ və Avropanın bir çox nüfuzlu ali təhsil müəssisələrinə təqaüdlə qəbul qazansa da, seçimi ADA Universiteti olub.

    “Qızların təhsilinə qoyulan sərmayə onların uğurlu gələcəyinə ən dəyərli töhfədir” 

    Ali təhsilini ölkəmizdə  davam etdirməyi seçən uğurlu gəncimiz Günay Əlizadə Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin məzunudur. O,təhsil aldığı müddətdə dərsləri ilə yanaşı, bir çox fərqli layihələrdə, təlimlərdə iştirak edərək uğurlar qazanıb. Məktəbdə özünün yaradıcılarından olduğu “Inspire Wave” adlı layihə çərçivəsində şagirdlər üçün dərsdən sonra iştirak edə biləcəkləri ingilis dili,kitab,rəsm klubları təşkil edilib.

    Günay deyir ki, bu gün qızlar onlara yaradılmış təhsil imkanlarından maksimum faydalanmalı, bilik və bacarıqlarını inkişaf etdirməlidirlər. Eyni zamanda ailələrin dəstəyi bu yolda çox böyük əhəmiyyət daşıyır. Çünki qızların təhsilinə qoyulan sərmayə onların uğurlu gələcəyinə, cəmiyyətin inkişafına və ölkəmizin tərəqqisinə verilən ən dəyərli töhfələrdən biridir: “Müasir dövrdə qızların təhsilə marağı xüsusilə artıb və onların keyfiyyətli təhsil alması üçün geniş imkanlar yaradılıb.Son illərdə yüksək bal toplayanlar arasında qızların çoxluq təşkil etməsi bunun ən bariz nümumələrindəndir.Məsələn, bu il məktəbimizdə yüksək nəticə göstərən məzunların çoxu qızlardır”.

    ABŞ və Avropa universitetlərinin təqaüd təkliflərindən imtina edib 

    G.Əlizadə orta təhsilini rus bölməsində alıb. Xarici dillərə, xüsusilə ingilis dilinə maraq göstərir, dil bacarıqlarını inkişaf etdirmək üçün mütəmadi olaraq çalışır: “Davamlı çalışmağımın və zəhmətimin nəticəsi olaraq IELTS və SAT imtahanlarında uğurlu nəticələr əldə etmişəm  və bir neçə xarici ölkələrin universitetlərinə  qəbul olmaq imkanı qazanmışam. IELTS nəticəm 8, SAT isə 1460-dır.
    Bir məqamı da qeyd edim ki, IELTS nəticəmi əldə edəndə 15 yaşım var idi. Bu uğurlar mənə ABŞ-nin  bir çox nüfuzlu – “Simmons University”, “Saint Louis University”, “Suffolk University”, “Hofstra University” və “Arizona State University”, eləcə də Avropanın tanınmış ali təhsil ocaqlarından olan “Vilnius University”, “TalTech – Tallinn University of Technology” və “LCC International University” kimi universitetlərə təqaüdlə qəbul almaq imkanını yaratdı. Buna baxmayaraq, seçimim ADA Universiteti oldu. Bu ali təhsil müəssisəsinə qəbul olmaq uşaqlıqdan ən böyük arzularımdan biri olub.Ali təhsil almağı düşündüyüm ADA Universiteti beynəlxalq təhsil standartlarına tam cavab verir və bir çox istiqamətlər üzrə dünyanın nüfuzlu universitetləri ilə rəqabət aparacaq səviyyədədir.Universitetin yüksək akademik mühiti, müasir tədris proqramları və beynəlxalq əməkdaşlıqları mənim bu seçimi etməyimdə əsas rol oynadı”.

     

    Müəllif: Redaktor, 11:47

İsmarıclar bağlıdır.