Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,697
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr
    Şəhidlər Şəhid məzarları hər birimiz üçün müqəddəs ziyarətgahdır üçün şərhlər bağlıdır

    Bu günlərdə Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində “Təbiətə qayğı” və “Təbiətsevərlər” dərnəyinin üzvləri dərnək rəhbəri Səbuhi Kərimovla birlikdə kəndin şəhidləri olan Pərviz Orucovun və Füzuli Qəhrəmanovun məzarlarını ziyarət ediblər.
    Sonra şagirdlər şəhid ailələrində olaraq, burada onların keçdiyi həyat yolunu əks etdirən fotoşəkillərlə, stendlərlə tanış olub, doğmalarının söhbətlərini dinləyiblər.
    Uşaqlar da bu görüşə əliboş gəlməyiblər. Onların söylədikləri vətənpərvərlik şeirləri hər kəsi duyğulandırıb.

    “Yeni Tərtər”

  • 11Apr
    Şəhidlər Şəhid Aysənan Abbasovun atası haqq dünyasına qovuşub üçün şərhlər bağlıdır

    Vətən Müharibəsi şəhidi Aysənan Abbasovun uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən atası Əsgər Abbasov vəfat edib.
    Şəhid atasının Seydimli kəndində keçirilən dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları,YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, veteranlar, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    * * *

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri və Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirovla birlikdə Aysənan Abbasovun atasının üç mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.
    Allah rəhmət eləsin!

  • 11Apr
    Xəbərlər Kənan Ağayev küçəsi əsaslı təmir olunur üçün şərhlər bağlıdır

    2025-ci ildə Tərtər şəhərində şəhidlərin adını daşıyan 9 küçənin əsaslı təmiri, digər 3 küçədə isə səkilərin salınması işlərinin görülməsi nəzərdə tutulub.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Kənan Ağayevin adını daşıyan küçədə aparılan əsaslı təmir işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyə və tapşırıqlarını verib.
    Təmir aparılan küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.

     

  • 11Apr
    Şəhidlər Ağdaban hadisələrindən 33 il ötür üçün şərhlər bağlıdır

    Tələbə adını döyüşçü adına dəyişdi

    Artıq bir neçə ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə bayram tonqalları qalanır. 30 ildən artıq bir müddətdə doğma yurd-yuvalarından didərgin düşmüş insanlar sonsuz sevinc hissi ilə evlərinə qayıdırlar. Bəli, hər kəs şaddır, qürurludur, ancaq eyni zamanda, olub keçənlər, erməni cinayətləri unudulmayıb və heç zaman unudulmayacaq. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin torpaq uğrunda apardıqları qanlı döyüşlər insanların dilində dastana çevrilərək, nəsildən-nəsilə ötürüləcək.
    Belə əbədiyaşar qəhrəmanlarımızdan biri də Ağdərə rayonunun İmarət Qərvənd kəndinin sakini Həsənov Natiq Edik oğludur.
    Natiq Həsənov 5 oktyabr 1970-ci ildə İmarət Qərvənd kəndində doğulub. O, çoxuşaqlı bir ailənin beşinci övladı idi. 8 övlad anası olan Fatma ana həyat yoldaşını vaxtsız itirdiyi üçün uşaqların tərbiyəsi ilə bağlı bütün qayğıları özü çəkirdi. Fatma ana həm də işgüzar, ictimaiyyətçi olduğuna görə, 1978-ci ildən 1985-ci ilə kimi Ağdərə rayon Sovetinə deputat seçilmişdir.
    Belə zəhmətkeş bir ailədə böyüyən Natiq erkən yaşlarından yurdsevər, vətənpərvər olmuşdu. O, dərslərini də yaxşı oxuyur, hər addımı ilə anasını sevindirməyə çalışırdı. Orta məktəbi bitirib ali məktəbə qəbul olunanda, ana özünü çox bəxtəvər hiss etmiş, sanki əzablı-əziyyətli illəri unutmuşdu. Daha ətraflı »

  • 11Apr
    Digər Bu günlərdə Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycanın yaşıl enerji diplomatiyası: II Qarabağ müharibəsindən sonra yeni perspektivlər

    II Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi şərait Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək və yaşıl enerji sahəsindəki məqsədlərini həyata keçirmək üçün yeni strateji təşəbbüsləri gündəmə gətirdi. Azərbaycanın Qarabağda və ətraf bölgələrdə əldə etdiyi hərbi və diplomatik uğurlar yalnız ölkənin ərazi bütövlüyünü bərpa etməklə məhdudlaşmadı, eyni zamanda, bu ərazilərin enerji sahəsindəki inkişafını da müasir geosiyasi reallıqlarla uyğunlaşdırmağa imkan yaratdı. Azərbaycanın enerji sektorunun inkişafı daxili iqtisadiyyatın gücləndirilməsi və regiondakı və beynəlxalq əməkdaşlıqların genişlənməsi üçün mühüm addım oldu. Bu baxımdan yaşıl enerji sektoru Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ekoloji dayanıqlı inkişafında da vacib rol oynayır.
    Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji strategiyası ölkənin enerji sahəsindəki mövqeyini gücləndirərək, regional və beynəlxalq aləmdə Azərbaycanın liderlik rolunu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyev yaşıl enerji və təmiz texnologiyalar sahəsində atdığı addımlarla həm ölkənin daxili iqtisadi inkişafını dəstəkləmiş, həm də Azərbaycanın beynəlxalq enerji siyasətində güclü bir mövqe əldə etməsini təmin etmişdir. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında rəqabət qabiliyyətini artırır və regionda enerji təhlükəsizliyini möhkəmləndirir.
    Azərbaycan II Qarabağ müharibəsindən sonra regiondakı geosiyasi balansı öz xeyrinə dəyişdirərək enerji sahəsində daha güclü diplomatik mövqe qazanmışdır. Daha ətraflı »

  • 11Apr
    Digər Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili Ayaz Məmmədovun 50 illik yubleyi qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili Ayaz Məmmədovun 50 illik yubileyi qeyd olunub. Yubileydə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Vətən Müha-ribəsi Qəhrəmanı Azər Abdullayev, “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı Elnur Salahov, qazilər, müharibə veteranları və yubilyarın yaxınları iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ayaz Məmmədovu 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb.
    Tədbirdə rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, “Vətən Müharibəsi Qəhrəmanı” Azər Abdullayev, “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı Elnur Salahov və qazinin döyüş yoldaşları da çıxış edərək onu təbrik edib, keçdiyi döyüş yoluna nəzər salıb, gələcək həyatında uğurlar arzulayıblar. Daha ətraflı »

  • 11Apr
    Kənd Təsərufatı 2024-cü ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı üçün şərhlər bağlıdır

    2024-cü ildə 286 milyon 912,0 min manat həcmində və ya 2023-ci ilə nisbətən 7,1 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 74,8 faizə, xidmət sahələrinin xüsusi çəkisi 25,2 faizə bərabər olmuşdur.
    2024-cü ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 32355,2 min manat (11,3 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 112331,1 min manat (39,2 faiz), tikinti sahəsində 70050,9 min manat (24,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 2327,5 min manat (0,8 faiz), informasiya və rabitə sahəsində 618,9 min manat (0,2 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 69228,4 min manat (24,1 faiz) təşkil etmişdir.
    Ümumi məhsul buraxılışı nəqliyyat və anbar təsərrüfatı sahəsində 10,5 faiz artmış, tikinti sahəsində 9,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 1,8 faiz, sənayedə 17,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 6,1 faiz, informasiya və rabitə sahəsində 29,9 faiz azalmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

     

  • 11Apr
    Xəbərlər Vətəndaş müraciətləri müsbət həllini tapdı üçün şərhlər bağlıdır

    Kəndlərimizdə işlərin qızğın çağıdır. İnsanlar pay torpaqlarında, həyət-bacada həvəslə çalışaraq, cari ildə mümkün qədər çox məhsul götürmək istəyirlər.
    Əlbəttə, bu iş-gücün arasında üzləşdikləri problem, onları narahat edən məsələlər də olur. Əvvəllər belə hallarda kənd sakinləri xeyli vaxt itirərək, şəhərə gəlirdilər.
    Rayon rəhbərinin kəndlərdə mütəmadi keçirdiyi səyyar qəbul-görüşlər bu cür vaxt itkilərinin qarşısını alır, həm də problemin yerindəcə araşdırılaraq operativ həllinə kömək edir.
    Bu günlərdə Mamırlı kəndində keçirilən səyyar qəbul-görüş zamanı kənd sakini Kamil İsmayılov su-varma kanalında yerləşən suburaxıcı qurğunun təmir olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən suburaxıcı qurğu təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Daha ətraflı »

  • 11Apr
    Digər Bu ilin aprel ayında qəzetimizin 91 yaşı tamam olur üçün şərhlər bağlıdır

    Keçmiş oxucu ilə təsadüfi görüş

    İş yoldaşımın otaq telefonu xarab olmuşdu. ”Aztelekom”-dan baxmağa gəlmişdilər. Qapım açıldı. İşlərini bitirib gedəndə onlardan biri salam verib soruşdu:
    –Siz qəzetdə işləyən Svetlana Əzizovasınız?
    – Bəli, – dedim.
    Birnəfəsə danışmağa başladı. Mən o vaxt sizin yazıları həvəslə oxuyurdum. Elə istəyirdim ki, Sizi şəxsən tanıyım.
    Qəzetdən ayrıldığımdan 15 il keçmişdi. Onun səmimiyyəti, sevinməsi məni kövrəltdi. Uzun illər əvvələ qayıtdım. Yerli qəzetdə işlədiyim vaxtlar, keçirdiyim oxucu konfransları, görüşdüyüm, haqqında yazdığım adamları xatırladım.
    Adətən jurnalistlərin yazdıqlarını kəpənəyə bənzədirlər. Çünki, qəzetdə dərc edilən yazıların ömrü bir gün olur. Amma, kəpənəksiz də bahar olmur də, bunu da etiraf etməliyik.
    Çox sevindim, oxucumla sə-mimi görüşümə görə. Deməli, sevdiyim peşəmdə hələ də unudulmamışam, imzamı yadda saxlayanlar, məni xatırlayanlar, görmək istəyənlər var, rayonumuzun Əskipara kəndinin sakini, soyadını belə bilmədiyim Şahin kimi. Svetlana Əzizova

     

  • 11Apr
    Xəbərlər İMƏCİLİK KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər şəhəri ərazisində və Bayraq Meydanında iməcilik keçirilib.
    İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
    Aksiya çərçivəsində şəhər ərazisində və Bayraq Meydanında olan alaq otları biçilərək təmizlənib, ağaclarda mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan məişət tullantıları toplanaraq götürülüb.
    Sakinlər deyirlər ki, şəhərimiz gözəlləşdikcə, insanların ruhu dincəlir. Lakin unutmaq olmaz ki, bu işdə tərtərlilər özləri də böyük məsuliyyət daşıyırlar. Yəni zibili hara gəldi tullamaq, şəhərimizin səliqə-səhmanına laqeyd olmaq bizə yaraşmır.
                                                                                                                                                                               

    “Yeni Tərtər”