2025-ci ildə Tərtər şəhərində şəhidlərin adını daşıyan 9 küçənin əsaslı təmiri, digər 3 küçədə isə səkilərin salınması işlərinin görülməsi nəzərdə tutulub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Kənan Ağayevin adını daşıyan küçədə aparılan əsaslı təmir işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyə və tapşırıqlarını verib.
Təmir aparılan küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.