Bu günlərdə Tərtər şəhəri ərazisində və Bayraq Meydanında iməcilik keçirilib.
İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Aksiya çərçivəsində şəhər ərazisində və Bayraq Meydanında olan alaq otları biçilərək təmizlənib, ağaclarda mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan məişət tullantıları toplanaraq götürülüb.
Sakinlər deyirlər ki, şəhərimiz gözəlləşdikcə, insanların ruhu dincəlir. Lakin unutmaq olmaz ki, bu işdə tərtərlilər özləri də böyük məsuliyyət daşıyırlar. Yəni zibili hara gəldi tullamaq, şəhərimizin səliqə-səhmanına laqeyd olmaq bizə yaraşmır.
“Yeni Tərtər”