Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,697
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr
    Digər Azərbaycan və İran bütün istiqamətlər üzrə bir-birinə yaxın olmağa çalışır üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

    Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.

    Həmçinin qeyd olunub ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.

    Prezident İlham Əliyev deyib:

    Qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq. Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

    Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Daha ətraflı »

  • 29Apr
    Digər Azərbaycanla Çin arasında münasibələr daha yüksək səviyyəyə qalxdı üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına müsahibə verib.

    Dövlət başçısı bildirib ki, Sədr Si ilə sonuncu dəfə iyul ayında görüşümüz əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Sədr Si ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat imzalandı. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı.

    Prezident deyib ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir.

    Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik.

    Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox

    sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir.

    Diqqətə çatdırılıb ki, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol”təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız. Daha ətraflı »

  • 24Apr
    Digər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit olunub üçün şərhlər bağlıdır

    70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

    Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.

    1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Daha ətraflı »

  • 23Apr
    Digər Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır üçün şərhlər bağlıdır

    2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı əməkdaşlığ gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək.

    Strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq;

    Qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir.

    İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. Daha ətraflı »

  • 22Apr
    Xəbərlər Səyyar qəbul-görüşlər öz səmərəsini verməkdədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər öz səmərəsini verməkdədir. Belə ki, insanları narahat edən bir çox problemlər məhz belə görüşlər zamanı üzə çıxır və operativ həllini tapır. Həmçinin rayon rəhbəri kəndlərdə olarkən burada yaşayan şəhid ailələrinə baş çəkir, onların qayğılarını öyrənir, dəstək olur. Təhsil sahəsi də unudulmur. İcra başçısının kənd məktəblərində mövcud vəziyyətlə tanış olması müəllim və şagird kollektivinin məsuliyyətini artırır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Kəngərli kənd İƏD üzrə nümayəndəliyin Kəngərli kəndində keçirilib.
    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Görüşdə rayon rəhbəri ölkəmizdə gedən sosial-iqtisadi proseslərlə bağlı geniş çıxış edib. Qeyd olunub ki, Kəngərli kəndinin 722 hektar ərazisi, 312 təsərrüfatı, 1537 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 kitabxana, 8 ticarət obyekti, 1 iaşə obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 578 baş iribuynuzlu, 461 baş xırdabuynuzlu heyvan, 4689 baş quş, 135 arı ailəsi saxlayırlar.
    Son üç ildə Kəngərli kəndində kəndarası yollar 1000 metr təmir olunub, su arxları 4000 metr məsafədə lildən təmizlənib, kənd ərazisində 160 ədəd gül kolu, 60 ədəd eldar şamı, 300 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
    Sonra söz sakinlərə verilib. Daha ətraflı »

  • 22Apr
    Digər Yaddaşlarda yaşayanlar üçün şərhlər bağlıdır

    ELİMİZİN UNUDULMAZ OĞLU

    Nəvələrimdən xahiş etdim ki, internetdə Dərələyəzin məşhur adamları ilə maraqlansınlar. Xalq şairi Vahid Əzizin, Tofiq Yusifin və digərlərinin adı çıxdı. Ancaq köhnə dərələyəzlilərin çox yaxşı tanıdığı və sevdiyi Əziz Cəfərovun adına rast gəlmədik. Bu insan internet dövründə yaşamayıb. Onun xatirəsi barədə məlumatları sosial şəbəkələrdən deyil, insanların yaddaşından öyrənmək olar.
    Mən də bu yolla getdim. Əvvəlcə böyüklərdən, xüsusən də anamdan eşitdiklərimi yadıma saldım. Cəmi 46 il yaşayan, elin böyük məhəbbətini qazanan Əziz əmi haqqında anamın dediklərindən:
    – Əziz kişi çox yaraşıqlı, eyni zamanda çox zəhmli idi. Cavan olmasına baxmayaraq, yaşadığımız Her-her kəndinin ağsaqqalı sayılırdı. Kənddə ermənilərlə azərbaycanlılar birgə yaşadıqları üçün, tez-tez xoşagəlməz hadisələr baş verirdi. Azərbaycanlıları incidirdilər. Əziz kişi bizim ümid yerimiz, dayağımız idi. Hər kəsi öz doğması kimi qoruyur, kömək əlini uzadırdı. Buna həm də onun vəzifə səlahiyyətləri imkan verirdi. O zaman Əzizbəyov rayon partiya komitəsinin ikinci katibi işləyirdi.
    Anamdan onu da eşitmişəm ki, o dövrdə Əziz əmi həmişə ağ atın belində kəndləri gəzər, insanların həyat tərzi, qayğıları ilə yaxından maraqlanardı. Həmin atın adı Dariko idi. General atı olmuşdu. Anam deyirdi ki, o at Əziz əmidən başqa heç kimi yaxınına qoymazdı. Uşaq olsam da, həmin illəri mən də xatırlayıram. Bizim Her-her kəndi əsasən dağlıq ərazidə, çay kənarında yerləşirdi. Burada böyük kövşənliklər, əkin sahələri, füsunkar meşələr vardı. Əziz Cəfərov kəndimizin ən savadlı nümayəndəsi, raykom katibi idi. Böyüklərin dilindən eşitmişdik ki, o, hansısa böyük bir məktəbi (Bakı Ali partiya məktəbini) bitirib. Əziz Cəfərov ağ atı ilə kəndə gələndə, hamımız sevinirdik, çünki həmin günlərdə evdə valideynlərimizin də əhval-ruhiyyəsi çox yaxşı olurdu. Daha ətraflı »

  • 22Apr
    Xəbərlər Şəhid ailəsinə köməklik olundu üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində evi yanmış şəhid ailəsi Sevda İsmayılovanın ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
    Sevda İsmayılova Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun həyat yoldaşıdır. Şəhid Vəli Abbasov 7 noyabr 1961-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına daxil olub. 1992-ci il aprel ayının 10-da Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Ailəli idi. Tapdıq və Rafiq adlı iki oğlu var. Qaradağlı kənd qəbiristanlığında dəfn edilib.
    Qeyd edək ki, evləri yandığı üçün rayon icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 650 ədəd mişar daşı, 20 kisə sement, 6 kub şebel, 6 kub qum və 500 manat maddi yardım verilmişdir. Fərdi yaşayış evi PAŞA Sığorta şirkəti tərəfindən sığorta olunduğu üçün vətəndaşa dəymiş ziyanı qarşılamaq üçün müvafiq köməklik olunacaq.

     

  • 22Apr
    Xəbərlər Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 11-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
    Həsənriz kəndinə bu mərhələdə 20 ailə – 72 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • 22Apr
    Təhsil RAYONUMUZUN FƏXRİ üçün şərhlər bağlıdır

    Qəzetimizin 2017-ci il 30 may tarixili sayında “Sarov kəndində bir qız böyüyür” sərlövhəli məqaləm dərc olunmuşdu. Məqalədə deyilirdi ki, Sarov kənd tam orta məktəbinin III sinfində oxuyan Çinarə Quliyeva ”özü balaca olsa da, böyük arzularla yaşayır və indidən təkcə kənddə deyil, rayon miqyasında da təhsildə qazandığı uğurları ilə tanınır.”
    Martın 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif üzrə maksimum nəticə əldə edən 23 nəfərdən birinin rayonumuzdan olduğunu biləndə, çox sevindim. Həmin şagirdi redaksiyamıza dəvət etdik və məlum oldu ki, bu, Sarovdan olan o “balaca qızdır”. Ancaq daha böyüyüb. İndi onu təkcə rayonumuzda deyil, respublikamızda da tanıyırlar. 2017-ci ildə yazmışdıq: “Beləcə Sarov kəndinə bir qız böyüyür–Çinarə Quliyeva. Gələcəkdə bu qız hansı peşəni seçəcək, kim olacaq? Bunu hələ heç kim bilmir. Atalı-analı böyüsün, dinc səma altında yaşasın, Nabat nənənin arzuları onun həyatında çin olsun”.
    Budəfəki gəlişində qarşımızda artıq öz yolunu müəyyənləşdirmiş bir gənc dayanmışdı. Bildirdi ki, hüquqşünas olmaq istəyir. Bu qərarını 8-ci sinifdə oxuyarkən verib. Yenə də Nabat nənəsi haqqında sevgi ilə danışdı. Dedi ki, uğuruna hamı sevinsə də, bundan ən böyük pay nənəsinə düşüb. İllər ərzində valideynlərilə bərabər həmişə Nabat nənəsini yanında görüb, onun söhbətləri, şirin nağılları, öyüd-nəsihətlərilə böyüyüb.
    Çinarə onu da söylədi ki, imtahanlara öz kəndlərində, oxuduğu məktəbin müəllimlərilə hazırlaşıb. Buna görə məktəbin kollektivinə, xüsusən də Aidə Məmmədovaya, Nadirə Paşayevaya, Hicran Səfərovaya dərin təşəkkürünü bildirdi və dedi: Daha ətraflı »

  • 22Apr
    Təhsil Uğuruna pillə-pillə yaxınlaşıb üçün şərhlər bağlıdır

    Səhər 5 saylı tam orta məktəbin XI sinif şagirdi Sevinc Əlizadə Dövlət İmtahan Mərkəzi tərəfindən martın 2-də keçirilən buraxılış imtahanında 297 bal toplayıb.
    Sevinc deyir ki, məktəb illəri ərzində bu uğura pillə-pillə yaxınlaşıb. Həm dərslərini yaxşı oxuyub, həm də məktəbin ictimai həyatında yaxından iştirak edib. Dəfələrlə respublika fənn olimpiadalarında tarix fənni üzrə finalçı olub, “Zəfər tariximiz” inşa yazı müsabiqəsində rayon üzrə birinci yerə layiq görülüb. Milli-mənəvi dəyərlərimizin qorunmasına dair keçirilən komanda yarışlarında rayon üzrə 1-ci, region üzrə 2-ci olub. 9-cu sinif üzrə buraxılış imtahanında isə 258 bal toplayıb və fərqlənmə attestatı alıb.
    Sevincin anası Sevda xanım ibtidai sinif müəllimidir. O bildirdi ki, övladının qazandğı uğura görə özünü xoşbəxt hiss edir. Çünki bu uğur gərgin zəhmətin nəticəsidir. O, qızının uğur qazanmasında məktəbin pedaqoji kollektivinin rolunu xüsusi qeyd edərək dedi:
    –Sevincin təhsil aldığı, mənim isə işlədiyim şəhər 5 saylı tam orta məktəbin binası müharibə illərində ermənilərin atdığı mərmilər nəticəsində dağılmışdı. Elm və Təhsil Nazirliyinin vəsaiti hesabına məktəbimiz üçün yeni, yaraşıqlı bina tikildi. İndi burada uşaqlarımızın rahat təhsil almasından ötrü hər cür şərait var. Onların ixtiyarına müasir fənn kabinələri verilib, yeni kompüterlər gətirilib.
    Sevincdən öyrəndik ki, o, ailənin üçüncü övladıdır. Qardaşı Əyyub idarəetmə kollecində təhsil alır, Tural isə Bakı Mühəndislik Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsidir. Sevinc isə gələcəkdə hüquqşünas olmaq arzusundadır. İnanırıq ki, savadı, tərbiyəsi, dünyagörüşü ilə həmyaşıdlarına nümunə olan bu qız həm müəllimlərinin, həm də valideynlərinin ümidlərini doğruldacaq.

    “Yeni Tərtər”