Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,691
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr

    Kəndlərimizdə işlərin qızğın çağıdır. İnsanlar pay torpaqlarında, həyət-bacada həvəslə çalışaraq, cari ildə mümkün qədər çox məhsul götürmək istəyirlər.
    Əlbəttə, bu iş-gücün arasında üzləşdikləri problem, onları narahat edən məsələlər də olur. Əvvəllər belə hallarda kənd sakinləri xeyli vaxt itirərək, şəhərə gəlirdilər.
    Rayon rəhbərinin kəndlərdə mütəmadi keçirdiyi səyyar qəbul-görüşlər bu cür vaxt itkilərinin qarşısını alır, həm də problemin yerindəcə araşdırılaraq operativ həllinə kömək edir.
    Bu günlərdə Mamırlı kəndində keçirilən səyyar qəbul-görüş zamanı kənd sakini Kamil İsmayılov su-varma kanalında yerləşən suburaxıcı qurğunun təmir olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən suburaxıcı qurğu təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
    İrəvanlı kəndinin sakinləri isə kəndarası avtomobil yolunun kənarlarına vətəndaşlar tərəfindən məişət tullantılarının tökülməsindən narahat idilər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənddə olarkən vətəndaşlar bu məsələ ilə bağlı müraciət etmişlər.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq İrəvanlı kənd İƏD üzrə nümayəndəlik və Mamırlı Bələdiyyəsi tərəfindən ərazidə olan məişət tullantıları xüsusi texnikalar vasitəsilə təmizlənib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.