13Avq
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Əskipara kəndində səyyar-qəbul görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, KİV-nin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »
13Avq
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun İsmayılbəyli kənd sakini Əlizadə Elşən Faiq oğlununun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 16-da yaşadığı Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub. Daha ətraflı »
10Avq
Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax o dağın başında mənim sözlərim yazılıb. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qaf-qaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Daha ətraflı »
10Avq
Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Müharibə əlillərindən bir qrupu redaksiyamıza gələrək, onlara göstərilən qayğıya görə rayon qəzeti vasitəsilə Prezidentimizə təşəkkürlərini çatdırmağı xahiş ediblər.
Rəsul Məmmədov, I Qarabağ müharibəsi əlili, Tərtər rayonu üzrə DİN-in “Qələbə” Əlillər Cəmiyyətinin sədri: II qrup Qarabağ müharibəsi əliliyəm. 1991-1994-cü illərdə polis işçisi kimi Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, yaralanmışam. Böyük oğlum Süleyman memar-dizayner, kiçiyi Məhərrəm isə idmançıdır. Ailəmiz daim dövlətimizin diqqət və qayğısını hiss edir. Buna görə də müharibədə əmək qabiliyyətimi itirsəm də, övladlarımın boya-başa çatdırılmasında heç bir çətinliyim olmayıb.Təqaüd alıram, indi isə cənab Prezidentin verdiyi birdəfəlik ödəmə ailəmizin maddi durumunun daha da yaxşılaşmasına kömək edəcək.
Biz I Qarabağ müharibəsi əlilləri 44 günlük Vətən müharibəsində də, bu gün də daim cənab İlham Əliyevin ətrafında sıx birləşərək, onun apardığı xarici və daxili siyasəti ürəkdən dəstəkləyirik. Təşəkkürlər, cənab Prezident! Allah Sizi qorusun!
Azər Quliyev, şəhər sakini, II qrup əlil: 1986-19888-ci illərdə Əfqanıstanda gedən müharibənin iştirakçısı olmuşam. Bu müharibədə müxtəlif növ texnikanı idarə etməyi öyrənmişdim. Ona görə də torpaqlarımıza qarşı erməni təcavüzü başlayanda, könüllü olaraq Vətənin müdafiəsinə qalxanların sırasında oldum. Əvvəlcə könüllü özünümüdafiə dəstələrinin tərkibində, 1991-ci ildən isə Tərtər Özünümüdafiə Batalyonunun tərkibində vuruşmuşam. BMP-nin sürücü-mexaniki idim. 1992-ci ilin may ayında minaya düşüb yaralandım, hospitaldan yarımçıq çıxıb, yenidən cəbhəyə qayıtdım və ikinci dəfə yaralandım. Daha ətraflı »
10Avq
Rayon rəhbəri Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev ilə birlikdə rayonun Xoruzlu kəndində Xoruzlu və Kəbirli kəndlərindən olan şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən söhbət açıb. Bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün dövlət qurumlarına nümunə olduğunu bildirib.
Qeyd olunub ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi onların ailə üzvlərinə bir təskinlik verir, onların heç vaxt unudulmadığını əks etdirir.
İcra başçısı Respublika Prezidentinin sərəncamı ilə yeni tikilən Xoruzlu kənd tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa ediləcək şəhidlər abidə kompleksi ilə bağlı şəhid ailələri ilə söhbət aparıb, onların fikirlərini öyrənib.
Görüşdə rayon rəhbəri birinci Qarabağ müharibəsi şəhidi Əliyar Qaraşovun bacısı Züleyxa Qara-şovanın yaşadığı evə su xəttinin çəkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib, sakinlərə onların Kəbirli kəndinin qəbiristanlığına gedən yolun asfaltlanması üçün etdikləri müraciətləri ilə bağlı rayon icra hakimiyyəti tərəfindən “Azəravtoyol”a müraciət olunacağını bildirib.
Şəhid ailələrinin üzvləri rayon rəhbəri ilə görüşdən razı qalıblar.
10Avq
ƏHALİNİN MADDİ VƏ SOSİAL DURUMU YAXŞILAŞIR
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Seydimli kəndində səyyar qəbul-görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nü-mayəndələri, bələdiyyə sədrləri, KİV-in əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar qəbul-görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti, quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar. Daha ətraflı »
10Avq
Rayon rəhbəri Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Seydimli kəndində şəhid Aysənan Abbasovun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qeyd edib ki, şəhidlərimiz öz canlarını fəda ediblər, heç nəyə baxmadan, qorxmadan ölümə gediblər ki, torpaqlarımız işğaldan azad olunsun. Ona görə də hər kəsin borcudur ki, onların problemləri ilə maraqlanıb, həllinə kömək etsin.
Qeyd edək ki, şəhid Aysənan Abbasov 1992-ci ilin iyun ayının 26-da Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. 2014-cü ilin dekabr ayının 27-də hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Daha ətraflı »
10Avq
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov icra başçısının birinci müavini Elvin Umudovun, Vətən müharibəsi İştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovun iştirakı ilə Vətən müharibəsi iştirakçısı Ramil İsmayılzadəni qəbul edib.
Ramil İsmayılzadə Kəlbəcər rayonunda qeydiyyatdadır. O, Tərtər rayonunda məcburi köçkünlər üçün Şıxarx yaşayış məntəqəsində salınmış qəsəbədə yaşayır, 1 övladı var.
Ramil Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda Tərtər rayonunun Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib, yaralanıb.
O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Müharibə iştirakçısını qəbul edən rayon icra başçısı Müstəqim Məmmədov ona Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərinə görə təşəkkür edib, respublika Prezidentinin Qarabağı Qarabağda böyüməyən gənclərin alması fikrini yada salıb, Ramilin də həmin gənclərdən biri olduğunu vurğulayıb, dövlət tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğını dilə gətirib.
Rayon rəhbəri Ramil İsmayılzadənin qayğıları ilə maraqlanaraq ona köməklik göstərib.
Vətən Müharibəsi iştirakçısı göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
10Avq
Məhərrəm ayı ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə qərargah üzvlərinin növbəti tədbiri keçirilib.
Rayon İcra hakimiyyətində keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının, icra hakimiyyətinin əməkdaşları və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətdin münasibətləri bu gün dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin in-kişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb. Qeyd edib ki, sülh və əminamanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır.
İcra başçısı çıxışında vurğulayıb ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyə olunmur.
Tərtər Rayon Polis Şöbəsinin rəis müavini Həsən Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Kamal Rəsulov, rayon prokurorluğunun əməkdaşı Məhəmməd Mahmudov Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar. Daha ətraflı »
10Avq
Qəhrəmanlarımızın, istedadlı insanların həyatı ilə yaxından tanış olduqca görürsən ki, onların əldə etdiklərinin bir qismi gərgin zəhmətin bəhrəsidirsə, digərləri də kökdən, nəsildən gələn fitri qabiliyyətlərin, əsrlərlə qazanılmış milli-mənəvi dəyərlərin qiymətləndirilməsinin, bunların uca tutulmasının nəticəsidir.
Mənsub olduğu nəslin adını ucadan da uca edən insanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, usta dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, ikinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevdir. Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində dünyaya göz açmışdır.
Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan “kalvavəllər” – Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Əliyev Vaqif İsmayıl oğlunun ikinci oğludur.
Bu, ilahi bir qismətdir, yoxsa alın yazısıdır, deyə bilmərəm, ancaq elə bil həyat özü uşaqlığından onu yüksək şəhidlik məqamına hazırlayırdı. Belə ki, ötən əsrin 80-ci illərində Anarın valideynləri iş yeri ilə əlaqədar keçmiş DQMV-nin Ağdərə rayonunun Həsənqaya Sovetliyinin Göyarx (o zaman ermənilər bura Levonarx deyirdilər) kəndinə köçmüşdülər. Gələcəyin məşhur hərbçisi, düşmənə qan udduran gözəgörünməz kəşfiyyatçı, fitri istedada malik komandir Anar Əliyev 1986-ci ildə ilk dəfə məhz burada, rusdilli məktəbdə erməni uşaqlarla bir partada əyləşərək, elmin sirlərinə yiyələnməyə başlamışdır. Rus dilində təhsilə başlaması müxtəlif xarici dillərin öyrənilməsinə maraq yaratmış, bu isə gələcək həyatında onu pillə-pillə ucaldan səbəblərdən biri olmuşdur. İkincisi, azərbaycanlıların qatı düşmənləri ilə kiçik yaşlarından təmasda olan qəhrəmanımız on-ların hiyləgər xüsusiyyətlərini də öyrənə bilmiş və bunları yaddaşında saxlamışdır. O, 1988-ci ilə qədər təhsilini həmin məktəbdə almışdır. 1988-ci ildə erməni terrorçularının havadarlarının köməyi ilə başladıqları hadisələr nəticəsində Vaqif müəllimin ailəsi məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışdır. Daha ətraflı »
Yeni ismarıclar