Bakı, Azərbaycan, 30 avqust 2022, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə Beynəlxalq İtkinlər Günü münasibətilə təşkil edilmiş tədbirə ev sahibliyi edib.
Tədbirin məqsədi itkin düşmüş şəxslərin identifikasiyası prosesinə olan humanitar yanaşmaya diqqəti cəlb etmək, o cümlədən dünyada və Azərbaycanda itkin düşmüş hesab edilən minlərlə insanın xatirəsini və itkindüşmənin onların ailələrinə yaşatdığı iztirab hissini yad etməkdir.
Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov açılış çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq 1993-cü ildən BQXK ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. Komissiya katibi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfərin, Vətən müharibəsində 6 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını bildirmişdır.
Xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən olunması üçün Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edilmişdir. Daha ətraflı »
Yeni ismarıclar