11Mar
BÖYÜK GÜNAHLAR
(İmam Sadiqin (ə) hədisindən)
İmam Kazim (əleyhis-salam) buyurur: Əmr ibni Übeyd İmam Sadiq (əleyhissalamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu: «Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?
O dedi: Quranda bu günahların sayını bilmək is-təyirəm. İmam buyurdu: Bəli, ey Əmr (eşit):
1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur: «Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.» (“Nisa”, 72.
2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:
Necə ki, Allah-təala buyurmuşdur:
«Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.» (“Yusif”, 78)
3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-təala Quranda buyurur: Daha ətraflı »
11Mar
ANARIN FACİƏLİ HƏYAT SONLUĞU
İnsan elədir ki, Allahın qədər-qismətindən yayına bilməz. İstər ağılla otur-dur, istər qorxulu olaylardan uzaqlaş, istərsə də lap ölü-mün bir addımlığında dayan, qismətində nə varsa o da olmalıdır. Bunun ən çox 44 günlük Vətən müharibəsində şahidi olduq Qa-rabağ müharibəsində təkcə əlinə silah alıb düşmənlə üz-üzə dayanan hərbiçilərimiz deyil, silahsız dinc insanlarımız da şəhid oldular, yaralandılar. Mənfur düşmənin atəşindən neçə-neçə ailələrə ölüm xəbəri gəldi…
Sentyabrın 27-də başlanan ikinci Qarabağ müharibəsində Tərtərə 17 minə yaxın mərmi, 21 raket düş-müş, 17 mülkü şəxs şəhid olmuş, xeyli binalar və obyektlər darmadağın edilmiş, insanların şəxsi mülklərinə və təsərrüfatlarına ziyan dəymişdir. Şəhid olmuş mülkü şəxslərdən biri də Tərtər şəhərinin sakini Quliyev Anar Tofiq oğludur. Anar Tərtərə dolu kimi yağan mərmi və raketlərə baxmayaraq boya-başa çatdığı öz doğma şəhərini tərk edə bilmirdi. Hərdən heyfslənirdi ki, kaş hərbidə xidmət etdiyim illərimi bir az da uzatdırmış olaydım. Axı, Anar hərbi xidmətini başa vurduqdan sonra 2005-ci il-dən 2017-ci ilin iyulun 15-ə kimi Orduda müqavilə ilə müddətdən artıq xidmət etmişdir. Bu müddət ərzində nümunəvi xidmətinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
Müasir texnikaların dilini də yaxşı bilirdi. Anar müqavilə müddəti bitdikdə ailəsinin, övladlarının qayğısını da yaxından çəkmək, Daha ətraflı »
10Mar
Dəyərli jurnalist, yazıçı, şair “Yeni Tərtər” qəzetinin baş redaktoru, çox hörmətli Tofiq Yusif!
Biz Qəbələ yazarları və ziyalıları sizin baş redaktor olduğunuz “Yeni Tərtər” qəzetinin ardıcıl sayları ilə tanış olub məlumatlanırıq. Yazılan yazılar bizləri maraqlandırır. Çoxsaylı, hərtərəfli məlumatları maraqla oxuyuruq. Bunlara görə biz qəbələlilər sizə və redaksiya heyətinə səmimi təşəkkürümüzü bildiririk.
İstərdik sizin qəzetinizin bir sayında bizləri yazılarımızla qonaq edəydiniz. Əvvəlcədən minnətdarlığımızı bildirik.
Hörmətlə: Qəbələ rayon yazarlarından bir qrup.
Kamil Məmmədov
Kamil Seyid oğlu Məmmədov 1931-ci ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi qızıl medalla bitirib. 1956-cı ildə Leninqrad Texnologiya İnstitutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Ərzaq məhsulları sənayesi nazirliyində, Respublika Nazirlər Sovetində məsul vəzifələr tutub. Ət-süd sənayesi nazirinin müavini işləyib. Uzun illər yeyinti sənayesi naziri olub. Daha sonra aqrar sənaye komitəsi sədrinin birinci müavini, taxıl məhsulları dövlət şirkətinin prezidenti olub. Respublikanın “Əməkdar Mühəndis”idir.
Dəfələrlə Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. “Yaşadıqlarım” kitabının müəllifidir.
DÜŞÜNCƏLƏ
Oldum bu dünyayla baş-başa,
Çətin ala bildim istəyimi.
Həyatım bəzən oxşadı qışa,
İsidə bilmədim heç ürəyimi. |
Qəlbimdən keçəni edə bilmədim
Heç olmasa bir dəfə vətənə gəlim.
Sizi ancaq unuda bilmədim,
Həsrətlə sızladı ürəyim mənim.
|
Bəzən titrədim, bəzən duruxdum
Enişli, yoxuşlu yollarımda mən.
Arzuma çatmaq istəyimlə vurnuxdum,
Həmdəm oldun mənə, mübarizəm, sən.
|
Taleyim beləymiş , nədir faydası,
Küsüb inciyirəm özüm-özümdən.
Dərdimi söylədim, sanki ürək yarası,
Şikayətlənmə artıq keşməkeşli ömürdən. |
Gördüm dünyanın hər üzünü,
Eşitdim insanların yalanını, düzünü.
Dinləyirəm, həyat, de sözünü,
Qalacaqmısan belə, aç üzünü!? |
Deyiləm artıq təlaş keçmişimdən,
Keçibdir artıq həyata arzularım.
Həzz alıram nəvələrdən, nəticələrdən,
Fərəhdir, arxadı mənə övladlarım.
|
Olmayıbdır uşaqlığımda oyuncağım,
velosipedim,
Böyüdüm mən kotançı qoynunda.
Gəzirəm indi “Toyota”da, neyləyim?
Olmamış yenə də velosipedim uşaqlığımda. |
Bitib tükənməzdir sözlərim, ancaq,
Gedirəm əvvəlki düz yolumu.
Əminəm , irsim sizlərə qalacaq,
Çin eyləyəcəksiniz bütün arzumu.
|
Enişli yoxuşlu yollara düşdüm,
Onlar heç də hamar olmadı.
Yaxşı yadımdadı, gəzməyə getdim,
Dondurma almağa pulum olmadı. |
Bəsdir, Kamil, andın keçmişləri,
Neyləyim, doludur ürəyim xatirələrlə,
Seçib onlardan ancaq nikbinləri
Ötürmək istədim, bölüşdüm sizlərlə. |
10Mar
Səməd Səmədov
Müxtəlif dövlət işlərində, yüksək vəzifələrdə çalışmışdır.
“Bənzərsiz ömrün salnaməsi”, “Bir ömür yaşadım”, “ Yaşamağa dəyər hələ” kitablarının müəllifidir.
1964-1978-ci illərdə Qəbələ rayonuna rəhbərlik edərək 14 ildən artıq RPK-də I katib işləmişdir. Gənclərə örnəkdir bu gözəl insan Qəbələlilərin yaddaşında silinməz iz buraxan Abdulla Məhəmməd oğlu Balayevə ithaf olunur.
Sürücü, başına dönüm, asta sür,
Qoy gözüm doyunca yollara baxım,
Sağımda dağlar, solumda tarlalar,
Yanından keçəndə həsrətlə keçim. |
Birgə çalışdığım o gözəl insan,
Balakən elində yaşayır hələ.
Qıvrım saçlarından qalmayıb əsər,
Yaşı çox olsa da gümrahdır hələ.
|
Bu müdrik insanı dinlədikcə mən,
Dönürəm keçmişə, ötən illərə.
Söhbəti kəsməyir, o gülür hərdən,
Gənclərə örnəkdir bu gözəl insan. |
Oğuzdan keçirəm, Şəki yaxında,
Qaxda dostlarımın gözü yoldadır.
Səfərim uzaqdır, gedirəm hələ,
Sevdiyim insanın özü ordadır. |
Doymaq olmur söhbətindən sözündən,
Danışıb gülürdü xəstə olsa da.
Keçmişdən, bu gündən, bir də özündən,
Bizə söhbət açdı xatirələrdən. |
|
10Mar
Fərman Əzizli
Qəbələ rayonunda dünyaya göz açmışdır.
ADPİ-nun məzunudur. 1971-ci ildən müəllimlik fəaliyyəti ilə məşğul olub. 1979-1980-ci illərdə şəhər məktəbində direktor mavini, 1980-1984-cü illərdə R.M.İ.E-də direktor, 1984-2002-ci illərdə şəhər 4 saylı orta məktəbində direktor vəzifələrində işləmişdir.
1976-cı ildə”Baş Müəllim”, 1979-cu ildə Azərbaycan Respublikasının “Qabaqcıl Maarif Xadimi” adlarını almışdır. 1987-ci ildə müəllimlərin XVI qurultayına nümayəndə seçilmişdir. 1987-ci ildə Azərittifaqın XVIII qurultayında nümayəndə olmuşdur. 1995-2001-ci illərdə rayon müəllimlər şurasının sədri olmuşdur və həmin il yenidən müəllimlərin qurultayına nümayəndə seçilmişdir. 50-dən artıq elmipedaqoji məqalələrin müəllifidir.
Respublikanın qəzet və jurnallarında yazıları dərc olunur.2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Müəllim” adına layiq görülmüşdür. Rayon ağsaqqallar şurasının idarə heyyətinin üzvüdür. Təqaüdçüdür.
ARZU
Bir kölgəlik istərəm
Gün başımı deşəndə.
Sevgilim, çırağım ol,
Mən zülmətə düşəndə. |
Qaynar gənclik çağımda
Qızılgüllük salaram.
Ürəyimin başında,
Sevgililər bağımdan |
Bir qızılgül aparsa,
Sevgililər gülümlə
Bir səadət taparsa,
Deyərdim ki, dünyada |
Bəxtiyaram, Bəxtiyar.
Özgə səadətində
Mənim də bir payım var. |
10Mar
Əfəndiyeva Mərziyyə
Əfəndiyeva Mərziyyə Veyis qızı 1969-cu ildə Qəbələ Rayonunun Aydınqışlaq kəndində doğulmuşdur. 7-ci sinifdə oxuduğu vaxtdan məqalələri oxuculara tanış idi. Onun şeirləri səmimi və poetikdir.
QIYMA ALLAHIM
Hər kəsin anası özünə əziz,
Qıyma analara, qıyma, Allahım!
Atam da köçübdür vaxtsız-vədəsiz,
Qıyma sən anama, qıyma, Allahım!
|
On dörd yaşından yetim qalıbdı,
Dərdini-qəmini içinə salıbdı,
Yaşadığı evdə nökər qalıbdı,
Qıyma sən anama, qıyma , Allahım!
|
İçində dağ boyda dərdi, qəmi var,
Göynəyən ürəyi, qəm-qüssəsi var,
Balasını itirib, çarəsimi var?
Qıyma sən anama, qıyma , Allahım! |
10Mar
Cəlil Komradlı
Cəlil Mikayıl oğlu Səfərçinov (Komradlı) 1960-cı ildə Qəbələ bölgəsinin Dıraxlı kəndində sadə əməkçi ailəsində anadan olub. Peşəsi zootexnikdir. 23 yaşından yazıları respublikanın müxtəlif qəzet və jurnallarında çap edilir. “Şəhidlər əmanəti”, “Dost gəzirəm”, “Toy təranələri”, “Ana dilim” kitablarının müəllifidir. Şəhid atasıdır.
ASANCA
İnsan öz nəfsinin ağası olsa,
Arzu istəyinə çatar asanca.
Ağlını gücüylə qoşalaşdırıb,
Dərd-qəmi üstündən atar asanca. |
Qazancın olsa da bal ilə şəkər,
Nəfsin ucbatından başın dərd çəkər,
Hər kim öz nəfsinə olarsa nökər
Arını arsıza satar asanca
|
Əgər yatmısansa, Komradlı, oyan,
Mənim düz sözümün rənginə boyan.
Nəfsin cilovunu bərk-bərk tutmayan
Gəmi tək dəryada batar asanca. |
10Mar
Mirhəsən Ağayev
Qəbələ rayonunun Mirzəbəyli kəndində 1951-ci ildə anadan olmuşdur. Bakı Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Mirzəbəyli kəndində ixtisası üzrə müəllim işləmişdir. Respublika mətbuatında şeirləri çap olunur. Məhəbbət, təbiət onun əsas mövzularındandır. “Çələng”, “Düşüncələr” kitablarının müəllifidir. Hazırda təqaüdçüdür.
QALARMIŞ
Mənim taleyimin yazısına bax,
Görəsən nə üçün belə olurmuş?
O nişan üzüyün barmagına tax,
Sevincdən gözlərim selə dolurmuş. |
.Bəxtimdən nigaran olmamışam mən,
Heç kimdən geridə qalmamışam mən,
Deyirəm hələ qocalmamışam mən
Qırmızı çöhrələr nə vaxt solurmuş |
Mən ki, bu dünyada qalan deyiləm.
Çox şeyi yadıma salan deyiləm,
Doğrudan doğruya, yalan deyiləm,
Həqiqət həmişə yadda qalırmış |
10Mar
Sədiyar Səfərəliyev
1947-ci ildə Qəbələ rayonunun Həmzəlli kəndində anadan olmuşdur.
1969-cu ildə ADPİ-nun fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildən 1971-ci ilədəkmüəllim kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə hərbi xidmətdə olmuşdur. 1976-2009-cu illərdə rayonun partiya, Sovet təşkilatlarında, rayon icra hakimiyyətində rəhbər vəzifələrdə işləmişdir.
1989-1993-cü illərdə Azərbaycan respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının məzunu olmuşdur 2009-cu ildən təqaüdçüdür. “Birinci Dərəcəli Dövlət Qulluqçusudur”.
2000-ci ildən bədii yaradıcılıqla məşğul olur. Dövrü mətbuatda şeirləri ilə çıxış edir.
YENƏ BİRLİKDƏYİK, BİRLİKDƏ QOŞA
Səni itirəndən mən öz könlümü,
Acılı şirinli sözə vermişəm
Anım od ələyir vulkanlar kimi,
Ocaqda qovrulan közə dönmüşəm.
|
Sənli günlərimin xoş xatirəsin
Yazmışam çöllərə, yaşıl dağlara,
Küləklər oxuyur hər səhər, axşam,
Yayılır ellərə, bağça bağlara.
|
Sənli günlərimin xoş xatirəsin
Yazmışam çöllərə, yaşıl dağlara,
Küləklər oxuyur hər səhər, axşam,
Yayılır ellərə, bağça bağlara.
|
Yeni ismarıclar