Dəyərli jurnalist, yazıçı, şair “Yeni Tərtər” qəzetinin baş redaktoru, çox hörmətli Tofiq Yusif!
Biz Qəbələ yazarları və ziyalıları sizin baş redaktor olduğunuz “Yeni Tərtər” qəzetinin ardıcıl sayları ilə tanış olub məlumatlanırıq. Yazılan yazılar bizləri maraqlandırır. Çoxsaylı, hərtərəfli məlumatları maraqla oxuyuruq. Bunlara görə biz qəbələlilər sizə və redaksiya heyətinə səmimi təşəkkürümüzü bildiririk.
İstərdik sizin qəzetinizin bir sayında bizləri yazılarımızla qonaq edəydiniz. Əvvəlcədən minnətdarlığımızı bildirik.
Hörmətlə: Qəbələ rayon yazarlarından bir qrup.
Kamil Məmmədov
Kamil Seyid oğlu Məmmədov 1931-ci ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi qızıl medalla bitirib. 1956-cı ildə Leninqrad Texnologiya İnstitutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Ərzaq məhsulları sənayesi nazirliyində, Respublika Nazirlər Sovetində məsul vəzifələr tutub. Ət-süd sənayesi nazirinin müavini işləyib. Uzun illər yeyinti sənayesi naziri olub. Daha sonra aqrar sənaye komitəsi sədrinin birinci müavini, taxıl məhsulları dövlət şirkətinin prezidenti olub. Respublikanın “Əməkdar Mühəndis”idir.
Dəfələrlə Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. “Yaşadıqlarım” kitabının müəllifidir.
DÜŞÜNCƏLƏ
Oldum bu dünyayla baş-başa,
Çətin ala bildim istəyimi. Həyatım bəzən oxşadı qışa, İsidə bilmədim heç ürəyimi. |
Qəlbimdən keçəni edə bilmədim
Heç olmasa bir dəfə vətənə gəlim. Sizi ancaq unuda bilmədim, Həsrətlə sızladı ürəyim mənim.
|
Bəzən titrədim, bəzən duruxdum
Enişli, yoxuşlu yollarımda mən. Arzuma çatmaq istəyimlə vurnuxdum, Həmdəm oldun mənə, mübarizəm, sən.
|
Taleyim beləymiş , nədir faydası,
Küsüb inciyirəm özüm-özümdən. Dərdimi söylədim, sanki ürək yarası, Şikayətlənmə artıq keşməkeşli ömürdən. |
Gördüm dünyanın hər üzünü,
Eşitdim insanların yalanını, düzünü. Dinləyirəm, həyat, de sözünü, Qalacaqmısan belə, aç üzünü!? |
Deyiləm artıq təlaş keçmişimdən,
Keçibdir artıq həyata arzularım. Həzz alıram nəvələrdən, nəticələrdən, Fərəhdir, arxadı mənə övladlarım.
|
Olmayıbdır uşaqlığımda oyuncağım,
velosipedim, Böyüdüm mən kotançı qoynunda. Gəzirəm indi “Toyota”da, neyləyim? Olmamış yenə də velosipedim uşaqlığımda. |
Bitib tükənməzdir sözlərim, ancaq,
Gedirəm əvvəlki düz yolumu. Əminəm , irsim sizlərə qalacaq, Çin eyləyəcəksiniz bütün arzumu.
|
Enişli yoxuşlu yollara düşdüm,
Onlar heç də hamar olmadı. Yaxşı yadımdadı, gəzməyə getdim, Dondurma almağa pulum olmadı. |
Bəsdir, Kamil, andın keçmişləri,
Neyləyim, doludur ürəyim xatirələrlə, Seçib onlardan ancaq nikbinləri Ötürmək istədim, bölüşdüm sizlərlə. |