Fərman Əzizli
Qəbələ rayonunda dünyaya göz açmışdır.
ADPİ-nun məzunudur. 1971-ci ildən müəllimlik fəaliyyəti ilə məşğul olub. 1979-1980-ci illərdə şəhər məktəbində direktor mavini, 1980-1984-cü illərdə R.M.İ.E-də direktor, 1984-2002-ci illərdə şəhər 4 saylı orta məktəbində direktor vəzifələrində işləmişdir.
1976-cı ildə”Baş Müəllim”, 1979-cu ildə Azərbaycan Respublikasının “Qabaqcıl Maarif Xadimi” adlarını almışdır. 1987-ci ildə müəllimlərin XVI qurultayına nümayəndə seçilmişdir. 1987-ci ildə Azərittifaqın XVIII qurultayında nümayəndə olmuşdur. 1995-2001-ci illərdə rayon müəllimlər şurasının sədri olmuşdur və həmin il yenidən müəllimlərin qurultayına nümayəndə seçilmişdir. 50-dən artıq elmipedaqoji məqalələrin müəllifidir.
Respublikanın qəzet və jurnallarında yazıları dərc olunur.2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Müəllim” adına layiq görülmüşdür. Rayon ağsaqqallar şurasının idarə heyyətinin üzvüdür. Təqaüdçüdür.
ARZU
| Bir kölgəlik istərəm Gün başımı deşəndə. Sevgilim, çırağım ol, Mən zülmətə düşəndə. |
Qaynar gənclik çağımda Qızılgüllük salaram. Ürəyimin başında, Sevgililər bağımdan |
Bir qızılgül aparsa, Sevgililər gülümlə Bir səadət taparsa, Deyərdim ki, dünyada |
Bəxtiyaram, Bəxtiyar. Özgə səadətində Mənim də bir payım var. |

