Əfəndiyeva Mərziyyə
Əfəndiyeva Mərziyyə Veyis qızı 1969-cu ildə Qəbələ Rayonunun Aydınqışlaq kəndində doğulmuşdur. 7-ci sinifdə oxuduğu vaxtdan məqalələri oxuculara tanış idi. Onun şeirləri səmimi və poetikdir.
QIYMA ALLAHIM
Hər kəsin anası özünə əziz, Qıyma analara, qıyma, Allahım! Atam da köçübdür vaxtsız-vədəsiz, Qıyma sən anama, qıyma, Allahım!
|
On dörd yaşından yetim qalıbdı, Dərdini-qəmini içinə salıbdı, Yaşadığı evdə nökər qalıbdı, Qıyma sən anama, qıyma , Allahım!
|
İçində dağ boyda dərdi, qəmi var, Göynəyən ürəyi, qəm-qüssəsi var, Balasını itirib, çarəsimi var? Qıyma sən anama, qıyma , Allahım! |