Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar
    Xəbərlər LİTVALI JURNALİSTLƏR TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə bir qrup litvalı jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri baş tutub. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxil idi.
    Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında, dağıdılmış, talan olunmuş, eyni zamanda bərpa edilmiş binalar haqqında məlumat verib. Onlar Vətən müharibəsində ziyan dəymiş infrastrukturu əyani əks etdirən foto şəkil və stendlərlə tanış olublar.
    Sonra jurnalistlər işğaldan azad olunmuş Suqovuşan və Çaylı kəndlərinə gediblər. Suqovuşan kəndində infrastrukturun bərpası üzrə aparılan işlərə baxıblar.
    Litvalı jurnalistlər Tərtər Rayon İcra Hakimiyyətinin və BAMF heyətinin nümayəndələrinin müşayiəti ilə Suqovuşanda Daha ətraflı »

  • 31Mar
    Xəbərlər ŞƏHİD AİLƏSİNƏ FƏRDİ EV TİKİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Sarıcalı kəndindən olan Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılış mərasimində iştirak edib. Fərdi yaşayış evi iş icraçısı Xəqani Məmmədovun təşkilatçılığı ilə bir qrup xeyirxaq şəxsin vəsaiti hesabına tikilib.
    Mərasimdə iştirak edən rayon rəhbəri prezident İlham Əliyev Daha ətraflı »

  • 31Mar
    Digər 31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ üçün şərhlər bağlıdır

    Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin martaprel aylarında yaşanmışdı.
    Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
    1918-ci ilin Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Daha ətraflı »

  • 31Mar
    Digər Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                            QÜRUR DUYDUĞUMUZ ƏSGƏR

    Əsgər Azər Abdullazadə Bakı şəhərində “N” saylı hərbi hissədə xidmət edirdi. Tərtər rayonunun Cəmilli kəndində öz zəhməti ilə dolanan ailələrdən biri olub Azərgilin ailəsi. Xidmət etdiyi hərbi hissədə ağıllı, mərd, Vətənpərvər, qorxmaz bir oğlan kimi tanınmışdı. Hərbi xidmətinin başa çatmasına çox az qalmışdı. Azər yaxşı bilirdi ki, ermənilər tərəfindən torpaqlarımızın da, insanlarımızın da müəyyən hissəsi əsir götürülüb. İnanırdı ki, bir gün onların geri qaytarılması, əsirlikdən qurtarılması üçün Vətənpərvər insanlarımız səfərbər olacaq. Artıq belə bir gün çatdı. 2020-ci il sentyabrın 27-i illərin həsrətinin başa Daha ətraflı »

  • 31Mar
    Digər Suqovuşandan gələn var üçün şərhlər bağlıdır

                                                                       SU GƏLƏN ARXA YENƏ SU GƏLDİ

    İllər idi ki, torpaqlarımızla bərabər təbiətimiz də– meşələrimiz, çaylarımız dərdlərə dərman bulaqlarımız mənfur qonşularımızın işğalı altında qalmışdır. Sərsəng və Suqovuşan su anbarlarından gələn suların, həmçinin həm insanlarımıza, həm təbiətimizə məlhəm olan yüzlərlə sularımızın qarşısı kəsilərək mənfurların əyləncə və istirahət yerlərinə çevrilmişdir. Ali Baş Komandanın möhkəm iradəsi və Müzəffər Ordumuzun 44 günlük şücaəti sayəsində bütün bunlara son qoyuldu. İşğal dövrünədək Madagiz adlandırılan su anbarı 3 oktyabr 2020-ci il tarixdə azad olunaraq Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Və qurumuş arxlarımıza axar su buraxıldı, həm də həmin gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tarixi adı bərpa olunaraq Suqovuşan qoyuldu. Daha ətraflı »

  • 31Mar
    Kənd təsərrüfatı KƏND ƏMƏKÇİLƏRİNİN YAZ QAYĞILARI üçün şərhlər bağlıdır

    İlin ən gözəl fəsillərindən biri sayılan yaz fəsli əkinçilikdə insanların həyatında həm faydalı, həm də əlverişli fəsil kimi hər zaman özünü göstərmişdir. Yaz fəsli torpaqda xüsusən də əkinçiyə lazım olan şərait amillərini yaradır. Azəri Yurdunun ta qədimdən torpaqda çalışan halal, zəhmətkeş insanları ilin ən gözəl yaz fəslini səbirsizliklə gözləmişlər. Bu fəslin sevinci Tərtər rayonunun əməkçi fermerlərindən də yan keçmir. Rayonun zəhmətkeş insanları hamılıqla öz təsərrüfatlarında yazın gəlişindən istifadə edərək, sidqürəklə alıntəri axıda-axıda ucsuz-bucaqsız tarlalarda çalışırlar. Hal-hazırda fermer təsərrüfatlarında mövsümə uyğun olaraq yaz səpinləri ilə əlaqədar işlərə başlanılmışdır.
    Təsərrüfat sahibləri yaxşı bilirlər ki, əgər torpaqda ilin fəsilləri ilə əlaqədar aparılan işlər gecikərsə, nəticədə oradan gözlənilən məhsul aşağı səviyyədə olacaqdır. Daha ətraflı »

  • 31Mar
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                                                                          DİNLƏ XURAFATIN ZİDDİYYƏTİ

    Möhtərəm müsəlmanlar! Dinimizin saflığını təhlükə qarşısında qoyan amillərdən biri xurafat və mövhumatlardır. Təsadüfi deyil ki, dini dəyərlərimizi tənqid edənlər dəlil kimi, məhz müsəlmanlar arasında geniş yayılmış xurafatları misal çəkir, İslamın adına çıxarıb dinimizi gözdən salmağa çalışırlar.
    Problem bundadır ki, müsəlmanlar arasında xurafatlara iman bəsləyənlər az deyil və Quranda vacib sayılan əməllərə bu xurafatlar qədər riayət etmirik. Xurafatlara inanmaq, demək olar ki, həyatımızın bütün sahələrində özünü göstərməkdədir. Doğulduğumuz andan ömrümüzün sonunadək bu xurafatlar “kabus” kimi bizi izləməkdədir. Məsələn, ulduz falı, qapının arasında görüşməyin bədliyi, qara pişik və s. kimi xurafatlara gündəlik həyatımızda tez-tez qarşılaşırıq. Lakin hər yerdə olduğu kimi bu xurafatlar arasında birinci sırada yer alanlar var. Daha ətraflı »

  • 31Mar
    Ədəbiyyat 2021-ci il-“Nizami Gəncəvi ili” üçün şərhlər bağlıdır

                                                                       KAMİLLİK VƏ MÜDRİKLİK ZİRVƏSİ

    Nizami hər sözü demiş birinci, Qoymamış cilasız qalsın bir inci
                                                                                 (Əmir Xosrov Dəhləvi)

    880 il öncə Azərbaycan poeziyasında parlaq bir günəş doğdu. Elə o vaxtdan bu günəş yanır, sönmək bilmir, ürəkləri, şüurları nurlandırır, zülmətdə yaşayanların yolunu işıqlandırır, oxucuya ruhi-mənəvi qida verir. Bu günəş Nizamidir… qəlb şairi Nizami, dünyanı öz dahiliyi ilə heyrətə salan Nizami!
    Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir.
    Nizami Gəncəvinin 880 illiyinin belə bir səviyyədə qeyd olunması, cənab prezident tərəfindən şairə xüsusi diqqətin ayrılması, təbii ki, həm Azərbaycanın öz irsinə hörmətini göstərir, eyni zamanda gənc nəslin öz tarixini tanımasında və təlim-tərbiyəsində mühüm rol oynayır.
    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi qədim Gəncə şəhərində anadan olmuş və öz yaradıcılıq fəaliyyəti boyunca mədəni irsimizin əvəzsiz nümunələrini burada qələmə almışdır.
    Nizami yalnız şair deyildi, o, dövrünün bütün elmlərini şeirə gətirməklə yanaşı ədalət və bəşəri hisslərini ən əsası insana hörmət və hümanizm ideyalarını Daha ətraflı »

  • 31Mar
    Ədəbiyyat KLASSİK POEZİYAMIZIN NİZAMİ DÜHASI üçün şərhlər bağlıdır

    Tam adı Əbu Məhəmməd İlyas İbn Yusif olan Nizami Gəncəvi dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya poeziyasında yeni epik-romantik janırın banisi, Azərbaycan fars dilli poeziyanın klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, farsdilli epik poeziyaya danışıq dili və realist stili gətirmiş sənətkardır.
    Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Doğulub boya-başa çatdığı yerə görə “Gəncəvi”, sözləri nizama düz-məkdə, yəni şeir yazmaqda məharətinə görə “Nizami” adlandırılan İlyas gənc yaşlarından dövrünün elmi bi-liklərinə maraq göstərmiş, mükəmməl təhsil almışdır. Ömrü boyu bir an belə mütaliədən ayrılmadığına görə get-gedə biliklərini təkmilləşdirərək dövrünün kamil bir aliminə çevrilmişdi. Şairin ömrü boyu elmi biliklərə yiyələnməsini, sonralar “Xəmsə” (“Beşlik”) adı ilə bir yerə toplamış beş poeması aşkar göstərir.
    Nizami yaradıcılığa lirik şeirlərlə başlamışdır. Onun lirik irsindən əldə olunan nümunələr klassik şərq şeirin ancaq üç şəklini-qəzəl, qəsidə və rübai şəkillərini təşkil edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığın ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa imkan verir. Daha ətraflı »

  • 29Mar
    Digər ƏZƏLİ AZƏRBAYCAN ŞƏHƏRİ OLAN ŞUŞA REGİONUN ƏN GÖZƏL İSTİRAHƏT BÖLGƏSİNƏ ÇEVRİLƏCƏK üçün şərhlər bağlıdır

    Ali Baş Komandan Cənab İlham Əliyev martın 16-da Şuşa şəhərində səfərdə olarkən bildirib ki, erməni vandalları işğal nəticəsində bütün bina və məscidləri dağıdıb, məscidlərdə heyvan saxlayıblar. Müqəddəs abidələrimizi, su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan Tuğ kəndini də viran ediblər. Pənahəli Xanın sarayını, digər tarix-memarlıq komplekslərini işğal zamanı dağıdıb viran ediblər.

    Cənab prezident vurğulayıb ki, dünya tarixində buna oxşar vəhşiliklər bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan.

    Bütün dünyanın bu vəhşilikləri daha aydın görməsi üçün işğaldan azad edilmiş ərazilərə Daha ətraflı »