Cəlil Komradlı
Cəlil Mikayıl oğlu Səfərçinov (Komradlı) 1960-cı ildə Qəbələ bölgəsinin Dıraxlı kəndində sadə əməkçi ailəsində anadan olub. Peşəsi zootexnikdir. 23 yaşından yazıları respublikanın müxtəlif qəzet və jurnallarında çap edilir. “Şəhidlər əmanəti”, “Dost gəzirəm”, “Toy təranələri”, “Ana dilim” kitablarının müəllifidir. Şəhid atasıdır.
ASANCA
İnsan öz nəfsinin ağası olsa, Arzu istəyinə çatar asanca. Ağlını gücüylə qoşalaşdırıb, Dərd-qəmi üstündən atar asanca. |
Qazancın olsa da bal ilə şəkər, Nəfsin ucbatından başın dərd çəkər, Hər kim öz nəfsinə olarsa nökər Arını arsıza satar asanca
|
Əgər yatmısansa, Komradlı, oyan, Mənim düz sözümün rənginə boyan. Nəfsin cilovunu bərk-bərk tutmayan Gəmi tək dəryada batar asanca. |