Səməd Səmədov
Müxtəlif dövlət işlərində, yüksək vəzifələrdə çalışmışdır.
“Bənzərsiz ömrün salnaməsi”, “Bir ömür yaşadım”, “ Yaşamağa dəyər hələ” kitablarının müəllifidir.
1964-1978-ci illərdə Qəbələ rayonuna rəhbərlik edərək 14 ildən artıq RPK-də I katib işləmişdir. Gənclərə örnəkdir bu gözəl insan Qəbələlilərin yaddaşında silinməz iz buraxan Abdulla Məhəmməd oğlu Balayevə ithaf olunur.
| Sürücü, başına dönüm, asta sür, Qoy gözüm doyunca yollara baxım, Sağımda dağlar, solumda tarlalar, Yanından keçəndə həsrətlə keçim. |
Birgə çalışdığım o gözəl insan, Balakən elində yaşayır hələ. Qıvrım saçlarından qalmayıb əsər, Yaşı çox olsa da gümrahdır hələ.
|
Bu müdrik insanı dinlədikcə mən, Dönürəm keçmişə, ötən illərə. Söhbəti kəsməyir, o gülür hərdən, Gənclərə örnəkdir bu gözəl insan. |
| Oğuzdan keçirəm, Şəki yaxında, Qaxda dostlarımın gözü yoldadır. Səfərim uzaqdır, gedirəm hələ, Sevdiyim insanın özü ordadır. |
Doymaq olmur söhbətindən sözündən, Danışıb gülürdü xəstə olsa da. Keçmişdən, bu gündən, bir də özündən, Bizə söhbət açdı xatirələrdən. |

