Mirhəsən Ağayev
Qəbələ rayonunun Mirzəbəyli kəndində 1951-ci ildə anadan olmuşdur. Bakı Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Mirzəbəyli kəndində ixtisası üzrə müəllim işləmişdir. Respublika mətbuatında şeirləri çap olunur. Məhəbbət, təbiət onun əsas mövzularındandır. “Çələng”, “Düşüncələr” kitablarının müəllifidir. Hazırda təqaüdçüdür.
QALARMIŞ
Mənim taleyimin yazısına bax,
Görəsən nə üçün belə olurmuş? O nişan üzüyün barmagına tax, Sevincdən gözlərim selə dolurmuş. |
.Bəxtimdən nigaran olmamışam mən,
Heç kimdən geridə qalmamışam mən, Deyirəm hələ qocalmamışam mən Qırmızı çöhrələr nə vaxt solurmuş |
Mən ki, bu dünyada qalan deyiləm.
Çox şeyi yadıma salan deyiləm, Doğrudan doğruya, yalan deyiləm, Həqiqət həmişə yadda qalırmış |