30Yan
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan “Tərtər-Hindarx” avtomobil yolu yenidən qurulur. Layihəyə uyğun olaraq, yol boyu diametri 500 və 700 millimetr olan 290 poqonometr metal, diametri 1000 və 1200 millimetr olan 152 poqonometr dəmir-beton suötürücü borular quraşdırılıb.
Layihə çərçivəsində 12 avtobus dayanacağı inşa olunacaq. Yolboyu hərəkətin normal təşkili üçün nişan və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Tikintinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
30Yan
2018-ci il ərzində Tərtər rayonunda 4380 iş yerləri açılıb ki, onun 563-ü daimi iş yerləridir. Daimi iş yerlərinin 47-si və ya 8,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 178-i və ya 31,7 faizi mövcud müəssisə və təşkilatlarda, 338-i və ya 60 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Bundan başqa 2018-ci il ərzində 3817 mövsümi iş yerləri açılıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dövr ərzində rayonda 15296 iş yerləri açılıb ki, onun da 4715-i daimi iş yerləridir.
Tərtər Rayon
Statistika İdarəsi
Teqlər: Sosial
30Yan
Teqlər: Digər
30Yan
Bəkir Ağayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Bu münasibətlə Bəkir müəllimlə həmsöhbət olub, bir neçə sualımızı cavablandırmasını xahiş etdim. Dedi:
–Mən 1957-ci il may ayının 22-də keçmiş Ağdərə rayonunun Manikli kəndində anadan olmuşam. 1974-cü ildə 2-ci Bakı Quraşdırma İdarəsində elektrik quraşdırıcısı işlədim. Oradan məni hazırlıq kursuna göndərdilər. Burada oxuduğum zaman əsgərlik yaşım çatdığı üçün hərbi xidmətə getdim. 1979-cu ildə M.F.Axundov adına instituta qəbul oldum. 1983-cü ildə həmin institutu rus dili və ədəbiyyatı müəllimi kimi bitirib, kəndimizin məktəbində fəaliyyətə başladım. 1982-ci ildən 1992-ci ilin mart ayının 12-nə qədər Manikli kənd orta məktəbində çalışdım. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Fidan Vəliyeva Uşaq Gənclər İnkişaf Mərkəzində rəsm dərnəyinin fəal üzvlərindən biridir. O, 1 saylı tam orta məktəbin səkkizinci sinfində oxuyur. Bizim dərnəyə çox kiçik yaşlarından üzv olub. İlk rəsm müəllimi Vahid Əsgərov olub. Bu gün də Fidanın cəkdiyi şəkillərdə Vahid müəllimin zəhməti hiss olunur.
Fidan balamız çox bacarıqlı şagirdimizdir. O, 2017-ci tədris ilində bir çox müsabiqələrdə iştirak edərək, ön sıraları tutub. 2 fevral 2018-ci il tarixdə Gənclər Gününə həsr olunmuş tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin əl işləri və rəsmlərdən ibarət sərgisi olub. Həmin sərgidə Fidanın bir çox rəsmləri sərgiləndi. Bundan başqa 2 aprel 2018-ci il tarixdə Gəncə şəhərində AXC-nin 100 illiyinə həsr olunmuş müsabiqədə Fidanın “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda çəkdiyi rəsmlər 18 rayonun UGİM-nin 11-13 yaşlılar arasında 1-ci yerə layiq görülərək diplomla təltif olundu. İnanırıq ki, həmişə uğur bizim Fidanımızla olacaqdır. Daha ətraflı »
Teqlər: Təhsil
30Yan
“Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə–insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibb xidmətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.”
Heydər ƏLİYEV
Mənim fikrimcə, müəllimlik qədər müqəddəs və ən məsuliyyətli peşə həkimlikdir. Onu da unutmaq lazım deyil ki, Hippokrat andı yalnız həkimlik sənətinə aiddir. Həkimlər insanın dostu, ailəsindən sonra problemini bölüşə biləcəyi ikinci insanlardır. Uşaqlıqdan çoxları həkim peşəsinə yiyələnməyi arzu edir. Tarixən ən dəyərli peşələrdən biri olan həkimlik ən çətin sənətdir. Hətta dahi şair Nizami Gəncəviyə hər bir elmi bildiyinə görə XII əsrin həkimi deyiblər. Daha ətraflı »
Teqlər: Səhiyyə
30Yan
Bayram İbrahimov Səhlabad kəndinin sakinidir. O, 1958-ci ildə bu kənddə doğulub, boya-başa çatıb. Orta təhsilini də böyüdüyü kənddə alıb. İndiki N.Tusi adına Pedaqoji Universitetin coğrafiya müəllimi fakültəsini bitirdikdən sonra 1985-ci ildə təyinatla Kəlbəcər rayonunun Susuzluq kəndinə göndərilib və orada müəlllim kimi fəaliyyətə başlayıb. 1985-ci ildən isə doğma Tərtərin Sarıcalı, Əskipara, Düyərli və Səhlabad kənd məktəblərində coğrafiya fənnini tədris edib.
Başqa həmvətənlərimiz kimi Bayram müəllim də Qarabağ savaşında öndə gedənlərdən olub. O, 1993-cü ilin aprel ayından özünümüdafiə batalyonunun tərkibində mənfur ermənilərə qarşı mübarizəyə qoşulub. Bölük komandirinin müavini olub. Ağdərə ətrafı və Ağdam istiqamətində kəndlərin ermənilərdən təmizlənməsində iştirak edib. Döyüşlər zamanı yüksək fədakarlıq göstərib. Bayram müəllim döyüşlərdə fərqləndiyi üçün ulu öndər Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalına layiq görülüb. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Zelimə Əsədova 4 oğul, 2 qız anası, 15 nəvə, 4 nəticə nənəsidir.
Ailənin 5-ci övladı Mahir Tərtərimizin ən gənc şəhid döyüşçüsü olub. Elə cəbhəyə yolu da Bakıdakı Şəhidlər Xiyabanından başlayıb. Burada 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edərək, son damla qanınadək vuruşacağına and içib. Valideynlərinin, orta məktəb müəllimlərinin bütün etirazlarına baxmayaraq, məktəbli çantasını evə qoyub, cəbhəyə gedib, əlinə silah götürüb. Anası bu barədə belə danışır:
–Mahir yeniyetmə olsa da, ötən əsrin 90-cı illərinin əvvəllərində ətrafımızda baş verən hadisələr onun vaxtından tez böyüməsinə səbəb olmuşdur. Torpaqlarımızın itirilməsinə, şəhidlərin müsibətinə dözə bilmirdi. Daha ətraflı »
Teqlər: Digər
30Yan
Yaşadığımız dövrdə elektrik enerjisinin rolu danılmazdır. Lakin onun yarada biləcəyi təhlükələr də hamımıza yaxşı məlumdur. Bu səbəbdən elektrik cihazları, şəbəkələri və məftilləri ilə çox diqqətlə davranmaq gərəkdir.
Təhlükə yaradan vasitələrdən biri yerə düşmüş elektrik məftilləridir. Diqqətli olmaq lazımdır ki, güclü küləklər və digər səbəblərdən yerə düşmüş naqilə toxunulmasın. Qırılıb düşmüş naqilləri təkbaşına təmir etməyə çalışmayın, çünki siz onun aşağı, orta və ya yüksək gərginlikli məftil olub-olmamasını dəqiq bilmirsiniz. Aşağı gərginlikli zədələnmiş xətlər torpaq və ya yer vasitəsilə insana təhlükə yaratmırlar. Ancaq onlara toxunmaq çox təhlükəli hesab edilir, bu sizə həyatınız bahasına başa gələ bilər. Məftilin şəbəkəyə qoşulu olub-olmamasını yoxlamaq üçün əlinizi ona toxundurmayın! Yüksək voltlu məftillərə toxunan zaman çox ağır elektrik zədəsi ala bilərsiniz. Əgər yüksək voltlu kabel qırılıb yerə düşübsə, o anda onun ətrafında 25 metrə qədər radiusda təhlükə zonası yaranır. Yerə düşmüş elektrik məftili gördünüzsə, özünüz bu maneəni aradan qaldırmağa cəhd etməyin! Xüsusən də ağacla kontaktda olan belə məftil gördükdə ağacı çəkməyə və aradan götürməyə səy göstərməyin–nəm ağac elektrik enerjisinin yaxşı keçiricisidir. Daha ətraflı »
Teqlər: Digər
18Yan
20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının
Prezidenti
Teqlər: Digər
Yeni ismarıclar