Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Bayram İbrahimov Səhlabad kəndinin sakinidir. O, 1958-ci ildə bu kənddə doğulub, boya-başa çatıb. Orta təhsilini də böyüdüyü kənddə alıb. İndiki N.Tusi adına Pedaqoji Universitetin coğrafiya müəllimi fakültəsini bitirdikdən sonra 1985-ci ildə təyinatla Kəlbəcər rayonunun Susuzluq kəndinə göndərilib və orada müəlllim kimi fəaliyyətə başlayıb. 1985-ci ildən isə doğma Tərtərin Sarıcalı, Əskipara, Düyərli və Səhlabad kənd məktəblərində coğrafiya fənnini tədris edib.
    Başqa həmvətənlərimiz kimi Bayram müəllim də Qarabağ savaşında öndə gedənlərdən olub. O, 1993-cü ilin aprel ayından özünümüdafiə batalyonunun tərkibində mənfur ermənilərə qarşı mübarizəyə qoşulub. Bölük komandirinin müavini olub. Ağdərə ətrafı və Ağdam istiqamətində kəndlərin ermənilərdən təmizlənməsində iştirak edib. Döyüşlər zamanı yüksək fədakarlıq göstərib. Bayram müəllim döyüşlərdə fərqləndiyi üçün ulu öndər Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalına layiq görülüb.
    O, 1994-cü ilin yanvar ayının 13-də Ağdərə istiqamətində aparılan döyüşdə ağır qəlpə yarası aldığından xeyli vaxt qospitalda müalicə olunub. Sağaldıqdan sonra yenidən batalyona qayıdaraq torpaqlarımızın müdafiəsində dayanıb.
    Bayram İbrahimov 1994-cü il dekabr ayının 18-dən 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, dövlətin əlillərə göstərdiyi qayğıdan ürək dolusu danışdı. Bildirdi ki, Prezident təqaüdçüsüdür. Ona dövlət tərəfindən pulsuz olaraq “OKA” markalı minik avtomobili verilib. Əlillərə və şəhid ailələrinə ilk tikilən binada 3 otaqlı evlə təmin olunub. Göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlığını ifadə etdi.
    Bayram İbrahimov 3 övlad atasıdır. 7 nəvəsi var. Kiçik oğlu Sahib kapitan rütbəsində hərbi hissədə çalışır.
    Bayram müəllim hazırda oğlu Gündüzün ailəsi ilə birgə yaşayır, müəllim kimi fəaliyyətini də davam etdirir.

    Efuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:14

    Teqlər:

İsmarıclar bağlıdır.