Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    “Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə–insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibb xidmətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.”
    Heydər ƏLİYEV
    Mənim fikrimcə, müəllimlik qədər müqəddəs və ən məsuliyyətli peşə həkimlikdir. Onu da unutmaq lazım deyil ki, Hippokrat andı yalnız həkimlik sənətinə aiddir. Həkimlər insanın dostu, ailəsindən sonra problemini bölüşə biləcəyi ikinci insanlardır. Uşaqlıqdan çoxları həkim peşəsinə yiyələnməyi arzu edir. Tarixən ən dəyərli peşələrdən biri olan həkimlik ən çətin sənətdir. Hətta dahi şair Nizami Gəncəviyə hər bir elmi bildiyinə görə XII əsrin həkimi deyiblər.
    Belə qərara gəldim ki, rayonumuzun ən qayğıkeş, savadlı, alicənab həkimlərindən biri olmuş Yusif Xuduyev haqqında bir yazı hazırlayım. O, 1938-ci ildə mayın 5-də Qərbi Azərbaycanın Əzizbəyov rayonunda sadə bir ailədə dünyaya gəldi. Ailədə 3 qardaş, 1 bacı olublar. 11 yaşa qədər Qərbi Azərbaycanda orta təhsil alıb. 1948-ci ildə deportasiya olunublar və 11 yaşından sonra Tərtər rayonunun Qaradağlı kəndində təhsilini davam etdirib. Orta məktəbi uğurla başa vurduqdan sonra 1960-cı ildə Tibb Universitetinin pediatriya fakültəsinə qəbul olub və 1966-ci ildə universiteti bitirib. Həmin vaxtdan Tərtər rayonunun Bəyimsarov kəndində baş həkim vəzifəsində çalışıb. Xəstələrə qayğı və həssaslıqla yanaşan həkimə pasiyentlərin böyük inamı olub. Onun, şəfalı əlləri hər zaman xəstələrinə məlhəm olub. Yusif Xuduyev 1970-ci ildə həmkarı Xuduyeva Emfira İsi qızı ilə ailə qurub. Ailədə hər kəs ona qarşı xüsusi hörmət və ehtiram bəsləyirdi.
    Onun 1 qızı, 3 nəvəsi var. Məsuliyyətli peşənin sahibinin musiqi və şeirə xüsusi marağı olub, hətta sazda ifa etməyi bacarıb. 1973-cü ildən Tərtər rayon Mərkəzi Xəstəxanasında həkim rentgenoloq işləyib. Hər şeydən öncə bu həkim qayğıkeş ata olub. Həkim ailəsində göz açıb boya-başa çatan yeganə övladı Pərvanə xanım da valideynlərinin sənətini sevərək, onların davamçısı olub. Qızının həkim olması həm öz istəyi ilə, həm də Yusif həkimin məsləhəti ilə baş tutub. Pərvanə həkim Tərtər şəhər 1 nömrəli tam orta məkrəbi bitirib, 1987-ci ildə Tibb Universitetində müalicə işi üzrə təhsil alıb. Hal-hazırda rayonumuzdakı ən dəyərli həkimlərdən biri olan Pərvanə xanım Tərtər Mərkəzi xəstəxanasında çalışır.
    Yusif həkimin nəvələrinin üçü də İqtisadiyyat Universitetində ali təhsil alıblar. Onlardan biri–Orxan Qurbanzadə Tərtər rayonunun Gənclər Mərkəzində aparıcı məsləhətçi işləyir.
    Şərəfli ömür yaşayan həkim Yusif Xudiyev 1993-cü ildə fevralın 18-də hipertoniya xəstəliyindən rəhmətə gedib. Qəbri nurla dolsun!

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:18

    Teqlər:

İsmarıclar bağlıdır.