Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30İyl
    Kənd təsərrüfatı SAHİBKAR QADINLARIN SAYI ARTIR üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, sahibkarlığın inkişafına dəstəyin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun rəhbərliyi ilə ölkəmizdə aqrar islahat həyata keçirilib, torpaq öz sahiblərinə–kəndlilərə qaytarılıb. Ulu Öndər öz çıxışlarında torpaqlardan səmərəli istifadə etməyi, onun məhsuldarlığını daim artırmağı tövsiyə edirdi.
    Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də ölkədə sahibkarlığın inkişafını bazar iqtisadiyyatından irəli gələn mühüm bir vəzifə kimi qarşıya qoyub. Həmişə olduğu kimi, bu işdə də əhalinin yarıdan çoxunu təşkil edən qadınlar fəallıq göstərirlər.
    Onların fəaliyyətini elmi əsaslarla genişləndirmək, problemlərinin həllinə dəstək vermək məqsədilə 2001-ci ildə Azərbaycanda Sahibkar Qadınlar İctimai Birliyi yaranıb. Bu birliyin vasitəsilə regionlarda da qadın sahibkarların fəaliyyəti dəstəklənir, onlara lazımi istiqamət verilir və köməklik göstərilir. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Kənd təsərrüfatı İŞLƏRİN MƏSULİYYƏTLİ DÖVRÜDÜR üçün şərhlər bağlıdır

    Rayonumuzun bütün təsərrüfatlarında olduğu kimi, bizim İsmayılbəyli kəndində də təsərrüfat işləri sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək barədəki tapşırığından ruhlanan fermer və ailə–fermer təsərrüfatlarının üzvləri çoxdan unudulan sahəyə çevrilmiş baramaçılığı, pambıqçılığı, şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələrini ilbəil genişləndirirlər.
    Ötən il təsərrüfatımızda 11 qutu ipəkqurdu becərilmişdi. Dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verildi. Bu sahədən yaxşı gəlir götürən kümçülərimiz bu il 19 qutu ipəkqurdu bəslədilər. Az vaxt–cəmi 40 gün ərzində yaxşı məhsul əldə olundu. Şəki İpək Kombinatına nəzərdə tutulan 800 kiloqram əvəzinə 962 kiloqram keyfiyyətli barama təhvil verilib. Kümçülərimizdən Tofiq Səfiyev 1 qutudan 63 kiloqram, Sabir Əsgərov 2 qutudan 123,9 kiloqram, Aqil Novruzov 2 qutudan 117 kiloqram keyfiyyətli məhsul təhvil vermişlər. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər “İLAN OCAĞI” üçün şərhlər bağlıdır

    Bu dünyanın Dərələyəz adlı bir mahalı vardı. Azərbaycan adlarının soyqırımında onun da adı dəyişdirildi, yurdları-yuvaları param-parça oldu insanlarının ürəyi kimi. Yuğmalandı dağları, dərələri, təpələri, düzləri, çayları, bulaqları, gölləri, meşələri. Soyları və soyadları qondarma, xislətləri vəhşiliyə və qəddarlığa yuva olan, qan içməyə həris, içləri zığla-zımrığla dolu, varlıqları bəşər övladına nifrət və kindən yoğrulmuş bu naqis canlılar neçə dəfə darmadağın etdi o doğma yerlərimizi, o tarixi diyarımızı! Qocaya, cavana, uşağa rəhm etmədən tikə-tikə doğradılar, diri-diri yandırdılar, basdırdılar, zülüm-zillət verdilər insanlara, gözlər çıxarıldı, başlar kəsildi, bədənlər qol-bud olundu, sağ-sağ sümüklər şaqqıltıyla qırıqlandı, əzalar kəsildi, damarlara neft yeridildi… Bu məşəqqətlərə sanki Allah da göz yumdu, onların layiq olduqları cəzanı vermədi. Qudurmuş itlər bu cəzasızlıqdan daha da qızışdılar, namuslar ləkələndi, ismətlər ayaqlar altında tapdalandı, qeyrətlər boynuburuq qaldı, dillər lal, qulaqlarsa kar oldu. Çünki dillənənin dilini, eşidənin qulaqlarını kəsdilər. Çoxları özlərini lallığa və karlığa qoydu. “İt itin ayağını basmaz”–deyib ərənlər. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər BİLMƏK MARAQLIDIR üçün şərhlər bağlıdır

    Müqəddəs tellər
    Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə, hətta bir gündə anadan olmuş, Qori Müəllimlər Seminariyasında təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər. Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışlar. Üzeyir Hacıbəyovu Müslüm Maqomayevlə sıx yaradıcılıq əməkdaşlığından başqa, səmimi dostluq münasibətləri də bağlamışdır. Nəhayət, tale onları qohumluq telləri ilə də birləşdirmişdir. Hər iki bəstəkar Terequlova bacıları ilə–Üzeyir bəy Məleykə xanımla, Müslüm bəy isə Bağdagülcamal xanımla ailə həyatı qurmuşlar.
    * * *
    Məhkəmənin qərarı ilə toy şənliyi (1810-1856)
    Görkəmli alman bəstəkarı Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirmiş Şuman məhkəməyə müraciət edir. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Digər REAL FAKTLAR üçün şərhlər bağlıdır

    İnsan gün ərzində orta hesabla 20 min, il ərzində 7 milyon, 70 il ərzində təxminən 500 milyon addım atır. Bu, o deməkdir ki, insan öz həyatı boyu yer kürəsindən Aya qədər olan məsafə qət edir və ya yer kürəsini ekvator boyu 9 dəfə dolanır.
    * * *
    1922-ci il 13 sentyabr tarixində dünyada ən yüksək temperatur +57,8 dərəcə selsi Əl-Əziyiyyə bölgəsində (Liviyada) qeydə alınmışdır. 2003-cü ildə hava praqnozları üzrə ekspert Kristofer Bertə görə dünyada ən yüksək temperatur +71 dərəcə selsi Səudiyyə Ərəbistanında qeydə alınmışdır.
    * * *
    ABŞ-da hər 26 dəqiqə-dən bir adam öldürmə, hər 6 dəqiqədən bir zorakılıq, 6 saniyədən bir isə oğurluq hadisəsi baş verir.
    * * *
    Avropa ərazisində XVII əsrdə 44, XVIII əsrdə 37, XIX əsrdə 36, XX əsrdə isə 7 müharibə baş vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 20İyl

    Digər üçün şərhlər bağlıdır

    …Bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardım alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20İyl
    Tərtər RİH-də Rayon rəhbərinin ilin birinci yarısı üzrə hesabatı üçün şərhlər bağlıdır

    UĞURLAR DAVAM EDİR

    Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri 2018-ci ilin birinci yarısında davam etdirilib. Bu dövrdə 15 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 935,9 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
    Bu barədə Tərtər rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdiril-məsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİNDƏN üçün şərhlər bağlıdır

    Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığımız inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
    Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.
    Xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerdədir.
    Apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər İyulun 22-si Milli Mətbuat Günüdür üçün şərhlər bağlıdır

    “ƏKİNÇİ”-XALQI MAARİFLƏNMƏYƏ, TƏRƏQQİYƏ SƏSLƏYƏN QƏZET

    Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi Moskva Dövlət Universitetini bitirmişdi. Müxtəlif elmlərə dəqiq yiyələnmiş bir ziyalı idi. Onun bu xüsusiyyətləri nəzərə alınaraq hətta Moskva Dövlət Universitetində qalıb işləmək təklif olunmuşdu. Lakin o, bütün cəlbedici təkliflərdən imtina edərək doğma Vətəninə qayıtmışdır. Məqsədi xalqının maarifləndirilməsi idi.
    Lakin çar Rusiyasının buxovları ilə hərtərəfli əhatə olunmuş bir xalqı tərəqqi yoluna necə çıxarmalı–Həsən bəy Zərdabi bunu qəzet vasitəsilə həyata keçirməyi qərara aldı. Bu sahədə onun müəyyən təcrübəsi vardı və qəzet sözünün güclü təsirə malik oldu-ğunu yaxşı bilirdi. Çünki Moskvada təhsil aldığı illərdə universitetin mətbu orqanı olan “Moskovskiye vedomosti” qəzeti ilə tanış idi, digər mətbuatı da yaxından mütaliə edirdi. Ən böyük arzusu xalqını cəhalətdən, sa-vadsızlıqdan çıxararaq insanlara daim yeniləşən dünyanın mütərəqqi ideyalarını çatdırmaq idi. Bu missiyanı müəllimlik fəaliyyəti ilə də yerinə yetirirdi. O, Bakı Realnı məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Lakin qəzet daha geniş auditoriyanı əhatə edirdi. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər GƏNCƏ HADİSƏLƏRİ üçün şərhlər bağlıdır

    Son günlər radikal dini yönümlü şəxslərin Gəncə şəhərində törətdikləri cinayətlər, asayişi pozmaq cəhdləri tərtərliləri də ciddi şəkildə narahat edir. Asayişi pozmağa, ölkədə xaos yaratmağa yönələn bu cür hadisələr təxribatdır və bunlar ölkəmizin inkişafını gözügötürməyənlər tərəfindən törədilir.

    CİNAYƏTKARLARI LƏNƏTLƏYİRİK

    Əziz həmvətənlər! Gəncə şəhərində son günlər baş verən hadisələri bir din adamı olaraq çox urək ağrısı ilə qarşıladıq. Özləri dindar olmayıb, bəzi radikal qüvvələrə qoşulmuş din adından danışan təxribatçıları qınayırıq.
    Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə sui-qəsd törədən Yunus Səfərov kimi cinayətkarı Milli Qəhrəman kimi qələmə verirlər. Bu da dinimizə, milli-mənəvi dəyərlərimizə, Azərbaycanın Milli Qəhrəmanlarına, şəhidlərinə hörmətsizlikdir.
    Qəhrəman o şəxsdir ki, vətənimizin dar günündə vətəninə, dövlətinə öz sədaqətini göstərir. Necə ki, Gəncədəki növbəti təxribat zamanı iki polis əməkdaşı–polis polkovniki İlqar Balakişiyev və polis polkovnik leytenantı Səməd Abbasov xidməti vəzifələrini yerinə yetirərkən şəhid oldular. Daha ətraflı »

    Teqlər: