Bu dünyanın Dərələyəz adlı bir mahalı vardı. Azərbaycan adlarının soyqırımında onun da adı dəyişdirildi, yurdları-yuvaları param-parça oldu insanlarının ürəyi kimi. Yuğmalandı dağları, dərələri, təpələri, düzləri, çayları, bulaqları, gölləri, meşələri. Soyları və soyadları qondarma, xislətləri vəhşiliyə və qəddarlığa yuva olan, qan içməyə həris, içləri zığla-zımrığla dolu, varlıqları bəşər övladına nifrət və kindən yoğrulmuş bu naqis canlılar neçə dəfə darmadağın etdi o doğma yerlərimizi, o tarixi diyarımızı! Qocaya, cavana, uşağa rəhm etmədən tikə-tikə doğradılar, diri-diri yandırdılar, basdırdılar, zülüm-zillət verdilər insanlara, gözlər çıxarıldı, başlar kəsildi, bədənlər qol-bud olundu, sağ-sağ sümüklər şaqqıltıyla qırıqlandı, əzalar kəsildi, damarlara neft yeridildi… Bu məşəqqətlərə sanki Allah da göz yumdu, onların layiq olduqları cəzanı vermədi. Qudurmuş itlər bu cəzasızlıqdan daha da qızışdılar, namuslar ləkələndi, ismətlər ayaqlar altında tapdalandı, qeyrətlər boynuburuq qaldı, dillər lal, qulaqlarsa kar oldu. Çünki dillənənin dilini, eşidənin qulaqlarını kəsdilər. Çoxları özlərini lallığa və karlığa qoydu. “İt itin ayağını basmaz”–deyib ərənlər.
Dünyanın ağ günlərində bir Dərələyəz mahalı vardı. Onun “Səfo İstisuyu”, “Alma bulağı”, “Payız yurdu meşəsi”, “Keçi qayası”, “Arpaçayı”, “Kiçik gölü”, “Ələyəz dərəsi”… vardı. “Selimin yaylağı”, “Leyliqaçan biçənəyi”, “Ağ yarğan”, “Gədiyin buzxanası”, “Köçbəyin pəniyi”… dillər əzbəriydi. Dağın başında “Terpin ocağı”, qayalıqların arasında isə “İlan ocağı” vardı…
İlanların da inancı, dini-imanı olurmuş! Onlar da “ziyarətə” gələrmişlər! Əlbət ilanların da arzuları, niyyətləri olur. Onların da öz iman dünyaları var, öz istək və diləkləri var. Lakin bu mənəvi dəyərləri heç də sancmaq, zəhərləmək, ud-maq xislətləri ilə qarışdırmaq olmaz. Sanki ilanlar həmin ocağa təmizlənmək, tövbə etmək, günahlardan arınmaq ümidi ilə gələrdilər…
Dünyanın bütün rənglərində, bütün ölçülərində olan yüzlərlə, hətta minlərlə ilan ilin bir neçə isti gü-nündə Dərələyəzin Terp kəndindəki “İlan ocağı”na gələr, yastanada sal qayaların üstündə səssiz-səmirsiz uzanıb, özlərini günə verər, sanki yatıb dincələrdilər.
Öz gözlərimlə görmüşəm və o zamankı uşaq heyrətim indi də hərdən məni çulğalayır. Bir o qədər ilan hardan cəmləşirdi bu taladakı yastı qayaların üs-tünə?!
Yaşlı adamlar bizə deyirdilər ki, ocağa gəlmiş ilanları narahat etmək, onlara daş atmaq, yuxularına haram qatmaq günahdır. O ilanlar heç kimə toxunmaz, heç kəsə zərər verməzlər. Onlar digər ilanlar kimi deyillər.
Biz də “İlan ocağı”nı əhatə edən hündür daşların üstündən qayaların çatlarından çıxıb “səcdəyə” düzülərək yastanada hərəkətsiz uzanan ağappaq, qapqara, qıpqırmızı, yamyaşıl, göm-göy, qarışıq rəngli, xallı gödək, uzun, yoğun, nazik iri, vahiməli, bir sözlə, hər rəngdə və hər biçimdə olan ilanlara səssiz-səmirsiz, qorxu içində tamaşa edərdik. Bəzən məni vahimə bürüyərdi, dilim-ağzım quruyardı, bə-zən də təəccübümdən göz-lərim bərələ qalardı. Burada “ailəli”, “sevgili” ilanlar da vardı–hörülmüş qulac saç kimi biri-birinə sarmaşaraq başlarını biri-birinə söykəyib romantik anlar yaşayardılar. Eləsi vardı tək-tənhaydı, ilanların heç hansına yovuşmurdu, eləsi vardı çoxluğun içindəydi. Bəzisinin yarısı qayaların çatından içəridə, yarısı çöldə idi. Allahın bir möcüzəsiydi bu “İlan ocağı”! Sirri-billah idi bu “ziyarət məkanı”! Uşaq marağı ilə saatlarla baxardıq bu sehirli aləmə. Nəfəsimizi də elə ehmal alardıq ki, birdən səs edib, bu ocağın sakitliyini pozarıq, bu ilan dünyasını narahat edərik, bu ehtişamlı “ziyarətə” xələl gətirərik! Onda ən ağır günah işlətmiş olarıq!
O kənd dağ kəndi idi. Mal-qara, qoyun-quzu günüzlər örüşə gedər, axşamlar qayıdardı. Bəzən çöldə heyvanları ilan sancardı. Mal-qaranın örüş yolu bu “İlan ocağı”nın yanından keçərdi. Ağsaqqallar, ağbirçəklər danışırdılar ki, bir dəfə də olsun eşitməmişik ki, “İlan ocağı”nın yan-yörəsində bir heyvanı ilan sancsın, yüz illərdir belə hadisə olmayıb. Çünki “ziyarətə” gələn ilanlar günah işlətməzlər!
İlanların “ziyarəti” uzağı 4-5 gün çəkərdi. Həmin günlərdən sonra dəfələrlə gedib, bu ocağa diqqətlə baxmışam, lakin bir dənə də olsun ilan görməmişəm. Məni yenə heyrət bürüyüb: Necə ola bilər ki, bir ge-cənin içində bu qədər ilan izsiz yoxa çıxsın?!
Geridə bəzi daş çıxıntılarının arasında yalnız ilan qabıqları qalardı…
Olmuş əhvalat. Mənim Soltan nənəm (atamın anası) Dərələyəzin Arınc kəndində öz tay-tuşları ilə meşəyə cır armud yığmağa gedirlər. Onda atam qundaqda imiş. Nənəm körpəni bir ağacın kölgəsinə qoyub, armud yığmağa başlayır. Bir azdan uşaq ağlayır. Soltan nənəm gəlib uşağı qucağına götürür, oturaraq əmizdirməyə başlayır, ayaqlarını da beşik kimi yırğalayaraq, onu sakitləşdirməyə çalışır. Deməyəsən ayaqlarını uzatdığı kolun içində zəhərli və iri bir ilan qıvrılıb yatıbmış. Nənəmin ayaqları ilana toxunduqca onu əsəbləşdirir və ilan onun baldırından sancır. O, körpəni rəfiqəsinə tap-şıraraq: “Məni ilan sancdı” –deyib, kəndə tərəf qaçır. Zəhər bütün bədəninə yayıldığından evə çatandan bir az sonra keçinir.
“İlan ocağı”nın ilanları isə bu xislətdə deyildilər. Sanki onlar heç ilan da deyilmişlər, zəhərləri yoxmuş!
Dərələyəz mahalını Zəngəzur, Naxçıvan, Vedibasar, Göyçə və Kəlbəcər torpaqları üzük qaşı kimi çevrələyib. Buranın əhalisi çox mehribandır, hətta ilanlarla da “dil tapmağı”, “dostluq” etməyi bacarırlar. Lakin haram və murdar qanları olan ermənilər onlara dəfələrlə divan tutub, yurd-yuvalarını dağıdaraq öz dədə-baba ocaqlarından didərgin salıblar, indiki kimi.
Çox güman ki, hazırda “İlan ocağı”nın ilanları da perik düşüblər, daha “ziyarətə” gəlmirlər. Çünki o müqəddəs məkana artıq erməni ayağı dəyib.
Tofiq YUSİF