İnsan gün ərzində orta hesabla 20 min, il ərzində 7 milyon, 70 il ərzində təxminən 500 milyon addım atır. Bu, o deməkdir ki, insan öz həyatı boyu yer kürəsindən Aya qədər olan məsafə qət edir və ya yer kürəsini ekvator boyu 9 dəfə dolanır.
* * *
1922-ci il 13 sentyabr tarixində dünyada ən yüksək temperatur +57,8 dərəcə selsi Əl-Əziyiyyə bölgəsində (Liviyada) qeydə alınmışdır. 2003-cü ildə hava praqnozları üzrə ekspert Kristofer Bertə görə dünyada ən yüksək temperatur +71 dərəcə selsi Səudiyyə Ərəbistanında qeydə alınmışdır.
* * *
ABŞ-da hər 26 dəqiqə-dən bir adam öldürmə, hər 6 dəqiqədən bir zorakılıq, 6 saniyədən bir isə oğurluq hadisəsi baş verir.
* * *
Avropa ərazisində XVII əsrdə 44, XVIII əsrdə 37, XIX əsrdə 36, XX əsrdə isə 7 müharibə baş vermişdir.
* * *
1892-ci ildə D.Reno tərəfindən “hərəkət edən nərdivan”, yəni eskalator icad edilmişdir.
* * *
1945-ci ildəYaponiyanın Xirosima və Naqasaki şəhərlərində partladılmış iki atom bombası yüz minlərlə insanın həyatına son qoymuşdur.
* * *
Hər il dünyanın müxtəlif ölkələrində duman hadisəsi səbəbindən minlərlə aviareys təxirə salınır və ya ləğv edilir.
* * *
Ən çox qar 1994-cü ildə Kaliforniya ştatında (ABŞ) yağmışdır. Qarın qalınlığı 11,5 metrə çatmışdır.
* * *
Rusiya ərazisində ən çox qar 1983-cü ilin qışında Krasnaya Polyana qəsəbə-sində qeydə alınmış, qarın rekord qalınlığı 7,2 metir olmuşdur.
* * *
Hava hər yerdə mövcuddur: Suda, quruda, canlı orqanizmlərdə və bitkilərdə. O, yer kürəsində həyatı təmin edir. Havasız bütün canlılar bir necə dəqiqə ərzində ölə bilər.
* * *
Dünyada baş verən təbii fəlakətlərin sayı ildən–ilə artır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatlarına əsasən XX əsrdə baş verən təbii fəlakətlər 11 min insanın həyatına son qoymuşdur.
* * *
Planetimizdə ən soyuq temperatur 1982-ci ilin iyun ayında “Vostok” stansiyasında (“Antraktida”) –89,2 dərəcə selsi qeydə alınmışdır.
-
30İyl
Müəllif: Redaktor, 09:24
Teqlər: Digər