30İyl
İnkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
30İyl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasda giriş və yekun nitqləri söyləyib.
Ölkə başçısı deyib: “Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığımız inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq”. Daha ətraflı »
Teqlər: Digər
30İyl
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş rayonumuzun ucqar yaşayış məntəqələrindən olan Köçərli kəndində keçirildi.
Əvvəlcə Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov kəndin sosial-iqtisadi vəziyyəti və görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Nizami Hüseynov, Alik Hüseynov, Aygün Mürsəlova, Cəmilə Süleymanova, Məhərrəm Abbasov, Abbas Əliyev, Ramiz Yunisov, Cəfər Şəmilov, Xalidə Qasımova əsasən bələdiyyədən icarəyə torpaq götürülməsi, elektrik təsərrüfatının yenidən qurulması, içməli və suvarma suları üçün yeni subartezian quyularının qazılması, işlə təminat və digər məsələlər barədə müraciət etdilər. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
30İyl
“Yeni Tərtər” qəzeti redaksiyasında keçirilən bayram yığıncağını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. O, qəzetin kollektivini və onların timsalında milli mətbuatımızın çoxsaylı nümayəndələrini, eləcə də oxucuları əlamətdar gün münasibətilə təbrik edib, cansağlığı və işlərində uğurlar arzulayıb.
Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi. Əlbəttə, çar Rusiyasının məmurları bu məqsədi çox tez anladılar və buna görə də “Əkinçi”nin ömrü uzun olmadı.
Bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsi-nə çalışır. Daha ətraflı »
Teqlər: Xəbərlər
30İyl
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini yekunlaşdırıb.
Müəllimlər, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondakı dini durum haqqında geniş məruzə ilə çıxış edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
30İyl
Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. İcra başçısı qonağa rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.
Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
Səfər çərçivəsində nümayəndələr rayonun inkişaf etmiş təsərrüfat subyektlərində və BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində görüşlər keçiriblər.
Teqlər: Tərtər RİH-də, Xəbərlər
30İyl
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüldü. Gənclər Mərkəzində davam edən tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov açdı. Ümummilli lider Heydər Əliyevin və YAP sıralarında dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət himni iştirakçıların ifasında səsləndirildi.
Yığıncaqda YAP rayon təşkilatının sədri Ramiz Şabanov məruzə etdi. Rayon Qadınlar Şurasının sədri Xatirə Məmmədova, gənclər birliyinin sədri Emin Pənahov, statistika idarəsinin müdiri Ədalət Məmmədov, Heydər Əliyev Mərkəzinin elmi işçisi İradə Əkbərli, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov məruzə ətrafında çıxış etdilər. Daha ətraflı »
Teqlər: Xəbərlər
30İyl
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” adlı layihə çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Elvin Umudov açaraq mövzunun aktuallığından danışıb.
“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi barədə geniş məlumat verib.
Tədbirdə layihənin eksperti Seymur Verdizadə, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, ”Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin nümayəndəsi Həcər Xeyri çıxış edərək belə tədbirlərin təşkilinin davamlılığının vacibliyini bildiriblər.
Teqlər: Xəbərlər
30İyl
“PAMBIQÇILIĞIN İNKİŞAFINA DAİR 2017-2022-ci İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMI” YERİNƏ YETİRİLİR
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına darir 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.
Dövlət Proqramında qeyd olunur ki, Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respubli-kaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticə-sində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmışdır. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılmışdır. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
30İyl
Kənd təsərrüfatı qeyri-neft sektorunun ən iri sahəsidir. Aqrar sektor həm də ölkənin ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Hər bir ölkənin kifayət qədər daxili ərzaq məhsulları ilə təmin edilməsi onun üçün prioritet vəzifədir.
Azərbaycanda aqrar sektorun inkişafı ölkə rəhbərinin daimi diqqət məzkəzindədir və dövlətimiz tərəfindən dəstəklənir. Belə ki, keçmiş MDB dövlətləri arasında torpaq islahatı ilk növbədə Azərbaycanda keçirildi və torpaq özünün əsl sahibinə–kəndliyə qaytarıldı.
Bu, birinci mərhələ idi. İkinci mərhələdə aqrar sektor maliyyə vəsaitləri və texnika ilə təchiz olundu. Belə ki, kəndlilərə güzəştli şərtlərlə kredit, texnika verildi, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad edildilər. Həmçinin onlara istifadə etdikləri yanacağa və sürtkü yağlarına görə subsidiyalar ödənildi. Gübrə, toxum, damazlıq heyvanlar da istehsalçılara dəyərindən aşağı qiymətlərlə satıldı. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar