Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş rayonumuzun ucqar yaşayış məntəqələrindən olan Köçərli kəndində keçirildi.
Əvvəlcə Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov kəndin sosial-iqtisadi vəziyyəti və görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Nizami Hüseynov, Alik Hüseynov, Aygün Mürsəlova, Cəmilə Süleymanova, Məhərrəm Abbasov, Abbas Əliyev, Ramiz Yunisov, Cəfər Şəmilov, Xalidə Qasımova əsasən bələdiyyədən icarəyə torpaq götürülməsi, elektrik təsərrüfatının yenidən qurulması, içməli və suvarma suları üçün yeni subartezian quyularının qazılması, işlə təminat və digər məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlərin həlli üçün icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
-
30İyl
Müəllif: Redaktor, 10:28
Teqlər: Tərtər RİH-də