Tarix hər şeyi–hər bir hadisəni yadda saxlayır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində–Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüdür. 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Daha ətraflı »
-
31MarDigər MİLLİ QIRĞIN üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
31MarDigər MƏKTƏBLİ QIZIN ŞƏHİD NİCATA VƏ ONUN VALİDEYNLƏRİNƏ MƏKTUBU üçün şərhlər bağlıdır
Çox fikirləşdikdən sonra qərara aldım ki, sənə məktub yazım. Amma necə müraciət edəcəyimi bilmirəm. Qardaşmı, əmimi, dayımı deyim?
Əziz həmvətənlim, Sənə Lələ Təpənin qəhrəman oğlu desəm, daha düzgün olar.
Nicat qardaşım! Sən həmin gün şəhidliyinlə Maya ananın, Bəhruz atanın, bir el gözəlinin gözlərini ağlar qoydun, ancaq Vətən tarixinə öz qanınla qəhrəmanlıq salnaməsi yazdın. Düşünürəm ki, sənin adında da dərin məna var. Çünki işğal altında olan torpağımızın bir parçasının alınması üçün öz köməyini əsirgəmədin, xalqımızın çoxdan gözlədiyi Qələbəyə aparan yola öz qanınla ilk imzanı atdın. Bizləri nicata, arzularımıza çatdırdın. Öz gənclik arzularına son qoydun. Milyonların diləyini göyərtdin. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər 25 İL ƏVVƏL TÖRƏDİLMİŞ FACİƏ üçün şərhlər bağlıdır
Kollektivimizin üzvləri Heydər Əliyev Mərkəzində Xocalı qətliamına həsr olunmuş “25 il əvvəl törədilmiş faciə” adlı tədbir keçiriblər. Əvvəlcə bu qanlı qətliam haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının başına gətirilən bu müsibət öz qəddarlığı, vəhşiliyi və amansızlığı ilə tarixdə misli görünməmiş bir faciədir. Biz çalışmalıyıq ki, bu tarix unudulmasın və gələcək nəsillərə də unutmamağı öyrətməliyik.
Dərnək rəhbərləri Nuranə Mahmudova və Sənubər İsmayılova faciə qurbanlarına çevrilmiş uşaqların yerə-göyə sığmayan müsibətindən danışıblar.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirin sonunda “Xocalı faciəsi” haqqında qısametrajlı sənədli film göstərilib.Ülviyyə Qənbərova,
rayon uşaq yaradıcılıq mərkəzinin direktoruTeqlər: Digər
-
31MarDigər “VƏTƏN NAMİNƏ” üçün şərhlər bağlıdır
Madagiz uğrunda gərgin döyüşlər gedirdi. Bu odun-alovun içinə jurnalistlər də gəlib çıxmışdılar. Vəzir Orucov təkidlə onları uzaqlaşdırmağa çalışsa da, öhdələrindən gələ bilmirdi.
Operator döyüşü çəkməklə yanaşı, komandirə suallar da verirdi.
“Ən qocaq döyüşçümüz kimdir?” – sualına Vəzir Orucovun tələsik cavabı belə oldu: “Elə hamısı”. Sonra bığaltı gülümsündü. O, çox ciddi adam idi və yoldaşları təsadüfi hallarda gülümsədiyini görərdilər.
Əgər aramızdakı ən qoçaq oğlanı axtarırsınızsa, indi ona əmr edərəm, sizi döyüşdən çıxarar, – deyə dilləndi.
Sonra Rövşən Məmmədovu yanına çağırıb, təcili jurnalistləri döyüş meydanından uzaqlaşdırmağı tapşırdı. Əmr vaxtında verilmişdi. Çünki bundan sonra baş verən hadisələr jurnalistlərin salamat qayıtmalarını mümkünsüz edərdi. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər TEZLİKLƏ QƏLƏBƏ ÇALACAĞIQ üçün şərhlər bağlıdır
Azərbaycan! Mən azərbaycanlı olmağımla fəxr edirəm. Doğulub boya-başa çatdığım qəhrəman Tərtərimlə fəxr edirəm.
Azərbaycan xalqı qonaqpərvər, gözütox və sülhsevərdir. Xalqımız bütün dövlətlərlə dinc şəraitdə yaşamaq istəyir. Heç bir ölkənin torpağında gözümüz olmayıb. Lakin qərbdən bizimlə həmsərhəd olan Ermənistan dövlətinin nankor insanlarının gözləri əsrlər boyu torpaqlarımızda olub. Çörəyimizi yeyib, suyumuzu içib, bol-bərəkətli, sərvətli torpaqlarımızın sonuncu dəfə 20 % -dən çoxunu işğal etdilər. Müharibə zamanı yüzlərlə igid oğul və qızlarımız şəhid oldu.
Xalqımız müharibə istəmir. Müharibə heç bir dövlətə xeyir vermir. Buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev torpaqlarımızı sülh yol ilə qaytarmaq istəyir.Bu, mümkün oımasa, əlbəttə, müharibə labüddür. Ötən il aprelin 1-dən 2-nə keçən gecə xainlər cəbhəyanı yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutdular. Tərtərdə və kəndləri-mizdə çox dağıntılar oldu. Qəhrəman oğullarımız bu dəfə də erməniləri yerində otuzdura bildilər. Uğur əldə edən əsgərlərimiz strateji əhəmiyyətli əraziləri geri qaytardılar. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər Erməni vandalizmi və onun acı nəticələri üçün şərhlər bağlıdır
TARİXİN QANLI GERÇƏKLİKLƏRİ
Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlıların (azəri türklərin) dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, qovulmağa məruz qaldıqları haqqında məlumatlar inkarolunmaz gerçəkliklərdir. 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə çirkin etnik təmizləmə, qırğınlar, talanlar törədən ermənilər daha hansı qəddarlıqları etməlidirlər ki, qulaqları kar olmuş bu dünya doğrunu doğru kimi eşitsin?!
1828-ci ildən bu yana İran və Türkiyədən gəlmə ermənilər «Böyük Ermənistan İmperiyası» yaratmaq xülyası altında millətimizə qarşı nə qədər qanlı münaqişələr, qətlamlar törətdilər! Bütün bunlara tarix şahiddir. Daha ətraflı » -
15MarDigər üçün şərhlər bağlıdır
“…ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir.”
İlham Əliyev,
Azərbaycan Respublikasının
PrezidentiTeqlər: Digər
-
15MarDigər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri Mehriban xanım Əliyevaya üçün şərhlər bağlıdır
Hörmətli Mehriban xanım!
Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız xəbəri tərtərliləri də həddindən çox sevindirdi.
Desək ki, Sizi Tərtərdə çox sevirlər, bu, azdır, Sizi bütün Azərbaycanda, hər bir ailədə, hətta Azərbaycanın hüdudlarından uzaqlarda da sevirlər. Siz Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili kimi geniş və çoxşaxəli ictimai fəaliyyətinizlə, humanistliyiniz və xeyirxahlığınızla insanların böyük hörmətini qazanmısınız.
Ulu Öndər Heydər Əliyev ocağının layiqli bir nümayəndəsi kimi, Siz ölkəmizin dünya miqyasında geniş tanınması və yüksək nüfuz sahibi olması üçün yorulmadan çalışırsınız. İndi böyük sevinc hissi ilə qarşılamağa hazırlaşdığımız Novruz bayramı məhz Sizin təşəbbüsünüz əsasında UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil olmuşdur. Xal-qımızın digər milli-mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində də dəyərli işlər görürsünüz. Daha ətraflı »Teqlər: Digər
-
15MarDigər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya üçün şərhlər bağlıdır
Hörmətli Mehriban xanım!
Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir, ölkəmizin daha da çiçəklənməsi naminə xeyirxah və yorulmaz fəaliyyətinizdə yeni-yeni zirvələr fəth etməyinizi arzulayıram.
Hər bir azərbaycanlı qadın üçün Siz humanistlik, nəciblik, xeyirxahlıq simvolusunuz. Biz Sizinlə fəxr edirik. Ən çətin məqamlarda Siz ümid yerimizsiniz. Təsadüfi deyil ki, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu indiyədək minlərlə insanın müraciətini həll edərək, onlara sonsuz sevinc bəxş etmişdir. Heydər Əliyev Fondunun xeyirxah layihələri təkcə ölkəmizi əhatə etmir. Odur ki, Sizi Azərbaycanın hüdudlarından kənarda da sevirlər, rəğbət bəsləyirlər.
Hörmətli Mehriban xanım!
Hər bir qadının, ananın ən böyük arzusu sülhdür, əmin-amanlıqdır. Əminik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan zati-aliləri İlham Əliyevin düsünülmüş siyasəti və Sizin sülhsevər fəaliyyətiniz nəticəsində tezliklə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaq, işğal altında olan torpaqlarımız erməni tapdağından tə-mizlənəcək.
Hörmətlə,Fitat Əliyeva,
Qapanlı kənd tam orta məktəbinin direktoruTeqlər: Digər
-
15MarDigər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri xanım Mehriban Əliyevaya üçün şərhlər bağlıdır
Hörmətli Mehriban xanım!
Ölkəmizin inkişafı naminə böyük səylərinizin zati-aliləri Prezident İlham Əliyev tərəfindən dəyərləndirilərək Birinci vitse-prezident vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz öz qabiliyyətiniz, mehribanlığınız, humanistliyinizlə Azərbaycan cəmiyyətinin böyük rəğbətini və hörmətini qazanmısınız.
Tərtər ictimaiyyəti, tərtərli qadınlar əmindirlər ki, Sizin yeni vəzifəyə təyin olunmağınız ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bu qərarına görə bütün tərtərlilər adından möhtərəm Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Əziz Mehriban xanım, Prezident İlham Əliyevə və Sizə cansağlığı, xalqımızın rifahı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,Sofya Həsənova,
təqaüdçüTeqlər: Digər
Yeni ismarıclar