Kollektivimizin üzvləri Heydər Əliyev Mərkəzində Xocalı qətliamına həsr olunmuş “25 il əvvəl törədilmiş faciə” adlı tədbir keçiriblər. Əvvəlcə bu qanlı qətliam haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının başına gətirilən bu müsibət öz qəddarlığı, vəhşiliyi və amansızlığı ilə tarixdə misli görünməmiş bir faciədir. Biz çalışmalıyıq ki, bu tarix unudulmasın və gələcək nəsillərə də unutmamağı öyrətməliyik.
Dərnək rəhbərləri Nuranə Mahmudova və Sənubər İsmayılova faciə qurbanlarına çevrilmiş uşaqların yerə-göyə sığmayan müsibətindən danışıblar.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirin sonunda “Xocalı faciəsi” haqqında qısametrajlı sənədli film göstərilib.
Ülviyyə Qənbərova,
rayon uşaq yaradıcılıq mərkəzinin direktoru