Hörmətli Mehriban xanım!
Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir, ölkəmizin daha da çiçəklənməsi naminə xeyirxah və yorulmaz fəaliyyətinizdə yeni-yeni zirvələr fəth etməyinizi arzulayıram.
Hər bir azərbaycanlı qadın üçün Siz humanistlik, nəciblik, xeyirxahlıq simvolusunuz. Biz Sizinlə fəxr edirik. Ən çətin məqamlarda Siz ümid yerimizsiniz. Təsadüfi deyil ki, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu indiyədək minlərlə insanın müraciətini həll edərək, onlara sonsuz sevinc bəxş etmişdir. Heydər Əliyev Fondunun xeyirxah layihələri təkcə ölkəmizi əhatə etmir. Odur ki, Sizi Azərbaycanın hüdudlarından kənarda da sevirlər, rəğbət bəsləyirlər.
Hörmətli Mehriban xanım!
Hər bir qadının, ananın ən böyük arzusu sülhdür, əmin-amanlıqdır. Əminik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan zati-aliləri İlham Əliyevin düsünülmüş siyasəti və Sizin sülhsevər fəaliyyətiniz nəticəsində tezliklə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaq, işğal altında olan torpaqlarımız erməni tapdağından tə-mizlənəcək.
Hörmətlə,
Fitat Əliyeva,
Qapanlı kənd tam orta məktəbinin direktoru