Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar

    1301565465_19187Tarix hər şeyi–hər bir hadisəni yadda saxlayır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində–Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüdür. 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
    Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi.
    Əslində isə vəziyyət tamam başqa cür idi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qadınlara aman vermirdilər. Qaqınlara isə ən ağır şəkildə işgəncələr verilirdi. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdır.
    Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə yazırdı. “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canını qurtara bilmədilər”.
    1918-ci il mart ayının axırlarında ermənilər (30 və 31-də) milli qırğın təşkil etmişdilər. Bu, müsəlmanlara qarşı, xüsusilə azərbycanlılara qarşı milli soyqırımı idi. Həmin soyqırım zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız insan qanına qəltan edildi. Bu soyqırımda daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçıllıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə qəddarlıq göstərmişlər.
    Göstərilən faktlar erməni vandallarının törətdiklərinin yüzdə, mində biri deyil hələ.

    Cəmilə Ağayeva,
    3 saylı ümumi
    orta məktəbin müəllimi

    Müəllif: Redaktor, 10:43

    Teqlər:

İsmarıclar bağlıdır.