Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar
    Mədəniyyət Qədəmlərin uğurlu olsun, bahar! üçün şərhlər bağlıdır

    Baharın gəlişi rayonumuzda bö-yük təmtəraqla qarşılandı. Bu münasibətlə şəhərin Mərkəzi meydanı bayramsayağı bəzədilmişdi. Hər tərəfdə Novruzun atributları diqqəti cəlb edirdi. Bir yanda böyük səməni qoyulmuş, digər tərəfdə bayram tonqalı qalanmışdı. Kəndirbazlar, pəhləvanlar öz məharətlərini göstərirdilər.
    DSC_0723DSC_0630Bütün meydana baharın ilk müjdəçisi olan ətirli göylərdən bişirilən kətənin, saclarda qovrulan buğdanın ətri yayılmışdı.
    Tədbir başlamazdan öncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayonumuzun istedadlı şagird-lərinin əl işlərindən ibarət maraqlı sərgi ilə tanış oldular, rayon Mərkəz-ləşmiş Kitabxana Sisteminin hazırladığı kitab sərgisinə, idmançılarımızın çıxışlarına baxdılar. Elə buradaca tarix-diyarşünaslıq muzeyinin eksponatları –qədim mis əşyalar, cəhrə, xurcun və s. sərgilənmişdir. Daha ətraflı »

    Teqlər:

  • 19Mar
    Ədəbiyyat Həyatda silinməz izi olan insan üçün şərhlər bağlıdır

    DSC_4414Tərtərdə çıxan  rayon qəzeti yalnız mənim üçün deyil, ümumiyyətlə, Bakıda yaşayıb işləyən tərtərli ziyalılardan ötrü çox sevilən mətbuat orqanlarından biridir. Xüsusən yaxın keçmişimizdə–internet media və digər elektron vasitələr olmadığı dövrdə, rayonda baş verən hadisələr haqqında əsasən bu qəzetin səhifələrindən xəbər tuturduq. Daha ətraflı »

    Teqlər:

  • 19Mar
    Ədəbiyyat Qarabağda şaxələnən çinar üçün şərhlər bağlıdır

    Müqtədir sənətkarımız Məhəmmədhüseyn Şəhriyar şeirlərindən birində gecənin bir məqəmında yalnız Tanrının və özünün oyaq olduğunu göstərərək ehtiramla deyirdi:

    «Məndən aşağı bir kimsə yox, Ondandan da yuxarı»

    Əlbəttə sevimli şairimiz təvazökarlıq edir. Tanrıya ən yaxın olan bəndələr peyğəmbərlər, onlardan sonra isə şairlərdir.

    Bu baxımdan sıradan birisinin şair barədə söz demək cəsarətində bulunması qəribə görünür. Çünki şair barədə nə qədər yüksək sözlər desək də ancaq onun əl-ətəyinə yetmək olar. İllahda ki, şair Tofiq Yusif ola.

    Tofiq Yusiflə qiyabi tanışlığım hardasa 1993-1994-cü illərdə olub. Bir qərib gecədə təsadüfən əlimə bir kitab keçdi. Kitabdakı şeirlər məni heyrətə saldı. Sabitqədəm, yaradıcılıq zirvəsində qərar tutmuş bir şair həyatdan vaxtsız getmiş qardaşını ağlayırdı. Şeirlər o qədər təbii, o qədər səmimi, ana laylası tək elə rəvan və həzin idi ki, mən şairin naləsini eşidir, onun almaz tək göz yaşlarını görür, qəlbinin göynərtilərini fiziki olaraq hiss edirdim. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Mədəniyyət Tərtərdə Novruz adətləri üçün şərhlər bağlıdır

    bbTərtərdə Novruzla bağlı xüsusi bayram adətləri geniş yayılmışdır. Bayramda hökmən aş dəmlənib, bayram süfrəsi açılmalıdır. Bayram axşamını, Novruzu hamı öz evində qarşılamalıdı. Bayram ərəfəsində elçi getmək, toy, nişan, bəlgə etməklə sevincə sevinc qatılır. Bayramda küsülülər barışarlar. Bayramda boyanmış yumurta, şirniyyat və digər şeylərdən xonça düzəldilib süfrəyə qoyular. Bağ-bağça təmizlənib səliqəyə salınardı. Suyun üstündən hoppanar, axar sudan içib əl-üzlərini yuyarlar. Bayramı təzə paltarla qarşılarlar, Novruza pak, təmiz halda çıxarlar. Səhərə qədər küçədə tonqallar, evdə lampalar sönməz. Bayram günü evdən kibrit, neft, od, kömür verməzlər. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Mədəniyyət BİR BİNANIN MEHRİBAN SAKİNLƏRİ üçün şərhlər bağlıdır

    33 (2865 x 1962)Milli-mənəvi dəyərlərimizi özündə yaşadan adət-ənənələrimizdən biri də Novruz bayramıdır. Novruz bayramı öz gəlişi ilə insana ruh yük- səkliyi gətirir.

    24-25-ilə yaxındır ki, Nizami küçəsindəki 30 mənzilli beşmərtəbəli binada yaşayıram. Bu binanın sakinləri hər novruz bayramında daha da mehribanlaşır və doğmalaşırlar.

    İlaxır çərşənbələrin gəlişi azyaşlı uşaqların sevincinə səbəb olur. Hə- lə gündüzdən arx kənarından, çal-çəpərlərdən çırpı yığılaraq şər qarışanda ocaq yandırılır. Hamı tonqalın ətrafına yığılır. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Mədəniyyət Uşaqların sevinci üçün şərhlər bağlıdır

    Meltem Buyuran with "Semeni" - Symbol of Spring

    Novruz hamımızın bayramı olsa da, əlbəttə, onun gəlişinə ən çox sevinən balacalardır. İlaxır çərşənbəsində bü- tün evlərdə səbirsizliklə onların yolunu gözləyirlər. Bayram tonqalları yanıb qurta- randan sonra uşaqlar dəstə-dəstə evlərə papaq atmağa gedirlər. Bizim Qarağacı kəndində qadınlar əvvəlcədən hazırlıq görürlər. Papaqlara, torbalara qoyulası şirniyyat, meyvə, xüsusən də boyanmış yumurtalar ayrıca yığılır ki, uşaqlar gözləməsinlər və daha çox evə baş çəkə bilsinlər.

    Hətta bizdə hesab edirlər ki, papaq atanların sayı nə qədər çox olsa, il bir o qədər bərəkətli və ruzili olacaq.1299677094_0_b23a_21c3010d_l

    Yandırdığımız bayram tonqalları mənfur qonşularımız olan ermənilərin gözünə ox kimi batır. Onlar xalqımızın bayram ovqatını korlamaq üçün həmin günlərdə atəşkəsi daha tez-tez pozurlar. Amma kənd arxayın bayramını keçirir. Çünki səngər-lərdə dayanan və dincliyimizi qoruyan igid əsgərlərimiz var.

    Novruzda onlar da yaddan çıxmır. Hər evdən, ailədən əsgərlərə bayram sovqatı göndərilir.

    Novruzda heç kim yaddan çıxmamalıdır, xüsusən də qocalar, xəstələr və tənha yaşayanlar. Odur ki, həmin vaxt kənarda yaşayanlar da kəndə gəlib valideynlərinə, doğmalarına baş çəkir, onlara sovqat gətirirlər. Əlbəttə ki, əsas məqsəd bayram pa-yı gətirmək deyil, könülləri sevindirməkdir.

    Arzu edirəm ki, qarşıdan gələn bahar bütün könüllərə sevinc, elimizə-obamıza xeyir-bərəkət gətirsin.

    Şəlalə  

    Teqlər:

  • 18Mar
    Mədəniyyət Cəbhə də qeyd edirdik. üçün şərhlər bağlıdır

     

    ad6a21a4ae5b (1)Hər il Novruz gələndə mənim xəyallarım çox-çox uzaqlara, uşaqlıq illərimə gedib çıxır. O zman sovet hakimiyyəti yeni qurulmuşdu və bizim milli bayramlarımızın açıq şəkildə qeyd olunmasına icazə verilmirdi. Buna baxmayaraq, hər evdə bayrama hazırlıq işləri görülürdü. Bu qədim adətlərimiz bizim varlığımızda, ruhumuzda idi və bunları kənardan idarə etmək mümkün deyildi.

    Hətta Böyük Vətən müharibəsi cəbhələrində döyüşərkən biz azərbaycanlılar bombarduman altında belə baharın gəlişini qeyd etməyi unutmurduq. Yaxşı yadımdadır, bir dəfə evdən mənə kiçik bağlama göndərmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Mədəniyyət Qələbə tonqalı qalanacaq üçün şərhlər bağlıdır

    tonqalAşıq Şəmşirin vətəni olan Kəlbəcərin Ağdaban kəndində doğulub, ilk dəfə bu dünyanın gözəlliklərini – meşələrimizi, dağlarımızı orada görüb sevmişəm. Kəndimiz xalqımızın milli varlığınını əks etdirən adət və ənənələrimizi, o cümlədən Novruz adətlərini daim yaşadırlar.

    Ağdabanın içindən Ağdaban çayı keçib Tərtər çayı ilə qovuşurdu. Cavanlar həmişə çərşənbə tonqallarını bu çayın kənarında qalayardılar. Həm də su çərşənbəsində qız-gəlinlər sübh tezdən durub səhənglərlə çaydan su gətirər, ev-eşiyə, həyət bacaya göz yaşı kimi durru su səpərdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Təhsil Ana dilini sevək və sevdirərək qoruyaq üçün şərhlər bağlıdır

    Doğma Dil, doğma Vətən, doğma Ana!

    277c46f22055061c59b6dcc2e2bc7909ana diliBunlar eyni məfhumlardır. Çünki ananı sevməsən, vətəni sevə bilməzsən. Ananı, vətəni sevdiyini ifadə etmək üçün ürəyindəkiləri söyləməyə dil lazımdır. O dil ki, doğma anamızın dilidir. Dili bizə anamız öyrətdiyinə görə də Ana dili adlanır bu dil. Hər bir xalqın öz ana dili var və öz dili ilə tanınır. Bizim də ana dilimiz Azərbaycan dilidir. Bizim ana dilimiz poeziya dilidir, şirin layla dilidir, qəlbləri oxşayan mahnı dilidir. Bizim ana dilimiz dosta məhəbbət, düşmənə nifrət dilidir, bu dil xəstələrə məlhəm dili və ən ülvi hissləri ifadə etməyə qadir olan bir dildir. Biz bütün əsərləri, elmləri öz doğma dilimizdə oxuyur və öyrənirik. Deyilənə görə əgər bir xalqın dilini əlindən alsan, o xalq məhv olub gedər. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Kəndlərimiz Müharibə tarixinə imza atanlar üçün şərhlər bağlıdır

     

    IMG-20150314-WA0004Yaxın keçmişimizdə Səhlabad kəndində əhalinin çox hissəsi nar bağlarının becərilməsində fəhlə kimi çalışırdı. Bu cür iş şəraiti onları bir qədər şəxsi təsərrüfatın inkişafından ayırırdı. Yəni, kolxozçudan fərqli olaraq, sovxoz fəhləsi yalnız aldığı maaşla ailəsini dolandırırdı. Daha ətraflı »

    Teqlər: