Bəzi tarixi mənbələrə görə Tərtər adı VII əsrdən xeyli əvvəl formalaşıb.
Erkən orta əsrlərdə Altayda yaşamış türkdilli tayfalardan biri məşhur Tərtər tayfası imiş. Döyüşkən Tərtər tayfasının bir dəstəsi o zamanlar Dəclə və Fərat çayları arasında, Kərkük Vilayətində qalıb. Bağdad yaxınlığında Tərtər adlı çay və göl indi də vardır.
Tərtərlərin XII əsrdə rus knyazlarının drujinaları ilə vuruşduğu göstərilir. Knyaz İqor qıpçaq tayfalarının bayraqları sırasında Tərtərlərin tayfa rəmzlərini də tanımışdı. Daha ətraflı »
-
31MarDigər Tərtərin tarixindən üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
31MarDigər Azərbaycan qadınları Böyük Vətən müharibəsi illərində üçün şərhlər bağlıdır
Ananın boxçasındakı «qara kağız»lar
Keçmiş Sovet İttifaqına daxil olan ökələrin hər birində olduğu kimi, Azərbay-canda da Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyinə geniş hazırlıq işləri görülür. Bu münasibətlə Azərbaycan Respublikası Prezi- denti İlham Əliyevin sərəncamı ilə geniş “Tədbirlər planı” hazırlanmış və təsdiq olunmuşdur. Həmin tədbirlərdə II Dünya müharibəsi illərində xüsusi rolu olan qadınların yada salınması nəzərdə tutulur. Bu yazıda Böyük Vətən müha-ribəsinin bir ailənin həyatına gətirdiyi faciələrdən və Azərbaycan qadınının fədakarlığından söhbət açacağıq.
Onlar Lacın rayonunun Baldırqanlı kəndində yaşayırdılar. Həmin kənd kiçik Qafqaz dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının şimal tərəfində, iki dağın arasındakı gözəl bir ovalıqda yerləşir. Alış Vəliyevin və Əsmər Vəliyevanın ailəsində 11 uşaq dünyaya gəlmişdi. Onlardan 2-si körpəikən vəfat etmiş, qalanları isə vali-deynlərinin qayğı və məhəbbəti ilə təbiətin bu füsunkar güşəsində xoşbəxt günlər yaşayırdılar.
Müharibənin elə ilk günlərindən Alış Vəliyevin özü, oğlanları Talış və Bəhmən cəhbəyə gedirlər. Ailənin bütün ağırlığı ananın və 12 yaşlı Səttarın üzərinə düşür. Daha ətraflı »Teqlər: Digər
-
31MarDigər 1904-1905-ci illərdə Azərbaycanda baş verən hadisələr Peterburq mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
1904-1905-ci illərdə mütləqiyyət hökumətinin, bununla birlikdə Peterburq mətbuatının Azərbaycana diq-qəti artırması təsadüfi deyildir. Hö- kumətin əvvəllər yarımfeodal-aqrar ölkəsi kimi təsəvvür etdiyi Azərbaycan neft sənayesinin sürətlə inkişaf etməsi nəticəsində hətta dünya kapitalistlərinin diqqətini cəlb etmişdi. V.İ. Lenin hələ 1899-cu ildə yaz-mışdır: “Rus kapitalizmi Qafqazı dünya əmtəə tədavülünə cəlb edirdi, onun yerli xüsusiyyətlərini – qədim patriarxal qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar yaradırdı”.
Bakıda alman Nobel qardaşları-nın, fransız Rotşildin, rus kapitalist-lərindən Xokorevin, Şibayevin, Ben- kendoryun və başqalarının neft sənayesi firmaları yaradılmışdır. Bu-nunla əlaqədar Peterburqdan, Mos- kvadan və Rusiyanın başqa şəhər- lərindən Bakıya inqilab ruhlu mü-həndislər, təcrübəli fəhlələr axışıb gəlirdi. Bu isə sənaye Bakısında çox-millətli proletariatın yaranmasında və inqilabiləşdirilməsində mühüm rol oynayırdı. Rusiyanın şəhərlərində təhsil alan Azərbaycan ziyalıları da vətənə inqilab əhval-ruhiyyəsi ilə qayıdırdılar. Daha ətraflı »Teqlər: Digər
-
31MarMədəniyyət Gələcəyə inamımız artır üçün şərhlər bağlıdır
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır».
Heydər Əliyev
1980-ci illərin sonları idi. İşim elə idi ki, uşaq və gənclərin yaşam tərzindən xəbərim olurdu. Mən deyərdim ki, bu illər mənim üçün maraqlı illərdən idi. O dönəmdə uşaqları mağazalara siqaret, içki almağa göndərməzdilər, çayxanalarda azyaşlıların işləməsinə icazə verilməzdi, gecə saat 1-2-yə qədər televizora baxmağa qoymazdılar, məktəblərdə elə dərs keçilərdi ki, hansısa repetitor muəllimin yanına getməyə ehtiyac olmazdı.Uşaqların küçələrdə boş-boşuna veyillənməsinə, bazarlarda xırda alverlə məşğul olmalarına, marşrut avtobuslarında pul yığmalarına heç kəs razı olmazdı. Bəs indi?! Bu gün dövlətimiz böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafına daha böyük diqqət göstərir. Bütün bölgələrdə, o cümlədən rayonumuzda Olimpiya kompleksləri, Gənclər Mərkəzləri, müasir məktəblər tikilir. Gənclər müxtəlif idman yarışlarına, müsabiqələrə cəlb olunurlar. Lakin təəssüf ki , bəzi ailələrdə uşaqların tərbiyəsinə lazımınca diqqət yetirilmir. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
31MarTəhsil Gəncliyin inkişaf strategiyası üçün şərhlər bağlıdır
Gənclər hər bir ölkənin istimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəs-tək həm də ölkənin firavan gələcəyinə yatırımdır. Bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «2015-2025-ci illərdə Azərbaycan gənc-lərinin İnkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətin gənclərə xüsusi diqqətinin ifadəsidir. Daha ətraflı »
Teqlər: Təhsil
-
31MarƏdəbiyyat «OT KÖKÜ ÜSTƏ BİTƏR…» üçün şərhlər bağlıdır
Bu yazı rayonumuzda uzun müddət müxtəlif məsul vəzifələrdə işləmiş, hamının yaxşı tanıdığı, əsl kişilik nümunəsini özündə cəmləyən, özü kimi sözü də bütöv olan, heç kəsdən, heç nədən qorxub çəkinməyən, sözü üzə deyən, 80 il ömür sürən Pənahov Həsən Məhərrəm oğlu barədədir.
Həsən Pənahov 1927-ci ildə Qərbi Azərbaycanın Vedi mahalının Çimən kəndində anadan olmuşdur. 7-illik təhsilini doğulduğu kənddə almış, sonralar məlum səbəblərdən bir sıra həmvətənlərimiz kimi mənfur ermənilər tərəfindən 1949-cu ildə deportasiya olunmuşdur. Ailəsi ilk dəfə Yevlax rayonunun Malbinəsi kəndinə gəlmiş, bir qədər burada yaşayandan sonra Tərtərə köçmüşdür. Atası Məhərrəm kişi Vedi mahalında sayılıb-seçilən bəy nəslindəndir. Kərbəlayı İsmayılın böyük qardaşı Pənah bəyin oğludur. Bütün bunlar barədə bizə Həsən müəllimi yaxından tanıyan, uzun müddət onunla birlikdə işləmiş, hazırda Tərtər rayon Böyük Vətən müharibəsi veteranları şurasının səd-ri İman Almuradov və YAP Tərtər Rayon Təşkilatı Aparatının təlimatçısı Zakir Bağırov məlumat verdilər. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
-
31MarXəbərlər Ağacəkmə marafonu davam edir üçün şərhlər bağlıdır
Novruz bayramı ərəfəsində “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr iştirak etmişlər. Ilk növbədə ərazilərdə təmizləmə işləri görülmüş, səliqə-sahman yaradılmışdır Daha ətraflı »
Teqlər: Xəbərlər
-
31MarAçılışlar İsmayılbəyli kəndinə təbii qaz verildi üçün şərhlər bağlıdır
Novruz bayramı ərəfəsində rayonun İsmayılbəyli kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi.
Kənd sakinlərindən Lətif Məmmədov və Nigar Əli-yeva çıxış edərək onlara gös-tərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Açılışda iştirak edən “Azəriqaz” İB-nin mətbuat şöbəsinin rəisi İbrahim Kərbəliyev təbii qazın çəkilişi ilə əlaqədar sakinləri təbrik etdi və xeyr-dua verdi. Daha ətraflı »
Teqlər: Açılışlar, Kəndlərimiz
-
31MarXəbərlər Əsgərlərə Novruz sovqatı üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri Novruz bayramı münasibəti ilə hərbi hissədə olmuş, əsgərlərə bayram sovqatı paylamışlar.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək, əsgər və zabitləri bayram münasibəti ilə təbrik etmişdir. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi Mahir Əliyev də əsgər və zabitləri bayram münasibəti ilə təbrik etmiş, onlara xidmətlərində uğurlar arzulamışdır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
31MarXəbərlər Novruz bayramı hərbçilərlə birgə qeyd edildi üçün şərhlər bağlıdır
Səbail və Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri rayonumuzun ərazisində yerləşən “N” saylı hərbi hissədə olmuşlar. Qonaqlar əvvəlcə ön xətdə xidmət edən əsgər və zabitlərimizin xidməti, yataq, yemək şəraitləri ilə tanış olmuş, düşmən mövqelərini müşahidə etmişlər.Sonra icra hakimiyyətlərinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizi Novruz bayramı münasibətilə təbrik etmişlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar