Səbail və Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri rayonumuzun ərazisində yerləşən “N” saylı hərbi hissədə olmuşlar. Qonaqlar əvvəlcə ön xətdə xidmət edən əsgər və zabitlərimizin xidməti, yataq, yemək şəraitləri ilə tanış olmuş, düşmən mövqelərini müşahidə etmişlər.Sonra icra hakimiyyətlərinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizi Novruz bayramı münasibətilə təbrik etmişlər.
Novruz münasibəti ilə hərbçilərə bayram sovqatları paylanmışdır. Rayon rəhbərləri əsgərlərlə birgə bayram süfrəsi arxasında əyləşmişlər. Tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.
-
31Mar
Müəllif: Redaktor, 16:07
Teqlər: Xəbərlər