Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar

    Bəzi tarixi mənbələrə görə Tərtər adı VII əsrdən xeyli əvvəl formalaşıb.
    Erkən orta əsrlərdə Altayda yaşamış türkdilli tayfalardan biri məşhur Tərtər tayfası imiş. Döyüşkən Tərtər tayfasının bir dəstəsi o zamanlar Dəclə və Fərat çayları arasında, Kərkük Vilayətində qalıb. Bağdad yaxınlığında Tərtər adlı çay və göl indi də vardır.
    Tərtərlərin XII əsrdə rus knyazlarının drujinaları ilə vuruşduğu göstərilir. Knyaz İqor qıpçaq tayfalarının bayraqları sırasında Tərtərlərin tayfa rəmzlərini də tanımışdı.
    IX-XIII əsrlərdə Cənubi Rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan Tərtərlər 1280-1323-cü illərdə Volqa Bulqarıstanında (indiki Tatarıstanda) hökmdar sülaləsinə başçılıq etmişlər.
    Tərtərlərin bir qolu Orta Asiyada, əsasən Özbəkistanda məskunlaşaraq özbək xalqına qaynayıb qarışmışdı. XIX əsrə qədər Sə-mərqənd Vilayətində Tüyə-Tərtər mahalı mövcud olmuşdu.
    Tərtər orta əsrlərdə Artsax adlandırılan Aran Qarabağının tərkibində idi.
    XIX əsrdə Azərbaycanda yaşayan tayfalar arasında Tərtər tayfasının da adı çəkilir ki, onlar da Tərtər çayının sahilində yaşa-mışlar.
    1920-ci ilin aprel ayında Cavanşir qəzası təşkil edilmişdi. Həmin ildə Tərtər Sahəsi yaradılmış və 1920-22-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuşdur. 1922-ci ildə adı dəyişdirilərək Cavanşir Sahəsi adlandı-rılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin ap-relinə kimi Ağdam qəzasının inzibati tabe- liyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ Dairəsinin tabeliyində olmuşdur.
    8 avqust 1930-cu ildə Tərtər rayonu ya-radılıb. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir adlandırılıb. Fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyiş-dirilərək yenidən Tərtər rayonu olub.
    Hazırda rayonun ərazisi 960 kv.km-dir. Burada 2 şəhər, 1 qəsəbə, 74 kənd vardı. Əhalisinin sayı 101 min 800 nəfərdən çoxdur. Şəhərin özündə 19,8 min nəfər əhali yaşayır.
    Tərtər rayonu Kür-Araz Ovalığının qərb hissəsindədir. Səthi düzənlikdir.
    Ərazisindən Tərtər və İncə çayları, cənub sərhəddindən isə Xaçın çayı axır

    Müəllif: Redaktor, 17:57

    Teqlər:

İsmarıclar bağlıdır.