Novruz bayramı ərəfəsində “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr iştirak etmişlər. Ilk növbədə ərazilərdə təmizləmə işləri görülmüş, səliqə-sahman yaradılmışdır. Aksiya çərçivəsində 2000-ə yaxın çinar, “Eldar şamı” və meyvə ağacları əkilmişdir. Mövcud yaşıllıqlara lazımi qulluq göstərilmişdir. Ümumillikdə bu günə kimi rayon ərazisin-də bu il 6000 müxtəlif növ ağac əkilmişdir.
Ağacəkmə marafonu mövsümün sonunadək davam etdiriləcəkdir.
“Yeni Tərtər”