Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar

     

    ad6a21a4ae5b (1)Hər il Novruz gələndə mənim xəyallarım çox-çox uzaqlara, uşaqlıq illərimə gedib çıxır. O zman sovet hakimiyyəti yeni qurulmuşdu və bizim milli bayramlarımızın açıq şəkildə qeyd olunmasına icazə verilmirdi. Buna baxmayaraq, hər evdə bayrama hazırlıq işləri görülürdü. Bu qədim adətlərimiz bizim varlığımızda, ruhumuzda idi və bunları kənardan idarə etmək mümkün deyildi.

    Hətta Böyük Vətən müharibəsi cəbhələrində döyüşərkən biz azərbaycanlılar bombarduman altında belə baharın gəlişini qeyd etməyi unutmurduq. Yaxşı yadımdadır, bir dəfə evdən mənə kiçik bağlama göndərmişdilər. Bağlamada qovurğada vardı. Elə bildim ki, dünyanın ən varlı adamıyam. Qovurğanı yoldaşlarımla bölüşdüm. Özümüzü soyuq cəbhə meydanında deyil, evimizdə hiss etdik

    İndii böyük bir ailənin başçısıyam. Çərşənbə axşamlarında gur yanan tonqalların ətrafına toplaşan övladlarımı, nəvələrimi, nəticələrimi görəndə ürəyim dağa dönür. Düşünürəm ki, biz milli dəyərlərimizdən olan Novruz bayramını qoruyub müstəqillik illərinə çatdırdıq, qoy indiki nəsillərdə xalqımızın gözəl adətlərini qiymətləndirməyi bacarsın, mehriban, ədalətli və xeyirxah olsunlar.

    Cavanşir Bürcəliyev,

    Cəmilli kəndi,

    Böyük Vətən müharibəsi veteranı

     

    Müəllif: Redaktor, 16:43

    Teqlər:

İsmarıclar bağlıdır.