Baharın gəlişi rayonumuzda bö-yük təmtəraqla qarşılandı. Bu münasibətlə şəhərin Mərkəzi meydanı bayramsayağı bəzədilmişdi. Hər tərəfdə Novruzun atributları diqqəti cəlb edirdi. Bir yanda böyük səməni qoyulmuş, digər tərəfdə bayram tonqalı qalanmışdı. Kəndirbazlar, pəhləvanlar öz məharətlərini göstərirdilər.
Bütün meydana baharın ilk müjdəçisi olan ətirli göylərdən bişirilən kətənin, saclarda qovrulan buğdanın ətri yayılmışdı.
Tədbir başlamazdan öncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayonumuzun istedadlı şagird-lərinin əl işlərindən ibarət maraqlı sərgi ilə tanış oldular, rayon Mərkəz-ləşmiş Kitabxana Sisteminin hazırladığı kitab sərgisinə, idmançılarımızın çıxışlarına baxdılar. Elə buradaca tarix-diyarşünaslıq muzeyinin eksponatları –qədim mis əşyalar, cəhrə, xurcun və s. sərgilənmişdir.
Milli geyimdə olan aparıcılar tərtərlilərin Novruz şənliyinin başlandığını xəbər verdilər. Söz musi
qiyə, şən nəğmələrə verildi.Dədə Qorqud, Bahar qız məclis iştirakçılarını salamladılar. Kosa və Keçəl məzəli zarafatları və oyunları ilə bayram ovqatını daha da artırdılar.
Sonra söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verildi. O dedi:
– Qəhrəman tərtərlilər! Bu gün müstəqil Azərbaycanımızın hər bir guşəsində, o cümlədən cəbhə bölgəsi olan rayonumuzda Novruz bayramı çox böyük təmtəraqla qeyd olunur. Yaxın keçmişimizdə, sovet dönəmində bu bayrama dini don ge-yindirərək, onun keçirilməsinə qa- dağa qoymaq istəsələr də, buna nail ola bilməmişlər. Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, onun verdiyi sərəncam əsasında Novruz bayramı ölkəmizdə geniş şəkildə qeyd olunmağa başladı. Rayon rəhbəri onu da qeyd etdi ki, tərtərlilər bu bayramı yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Rayonumuzda geniş quruculuq işləri görülür. O, əmin olduğunu bildirdi ki, 2015-ci ildə də bu işlər
müvəffəqiyyətlə davam etdiriləcək.
Müstəqim Məmmədov tərtərliləri, rayonumuzda məskunlaşan qaçqın və köçkün soydaşlarımızı, səngərlərdə keşik çəkən əsgər və zabitləri Novruz bayramı münasibətilə ürəkdən təbrik edərək, hər bir ailəyə ruzi –bərəkət, hər kəsə cansağlıqı və xoşbəxtlik arzuladı.Tərtərlilərin bayram şənliyində iştirak edən Sahib Alıyev də öz ürək sözlərini bildirdi. O dedi ki, Novruzsuz azərbaycanlı yoxdur və Azərbaycansız Novruz yoxdur. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev də bu bayramı çox sevir və onu xalqla birlikdə keçirməyi xoşlayırdı. O, bu bayramı ona görə sevirdi ki, Novruz insanları birləşdirir, mehribanlaşdırır, bu, mərhəmət, sevgi bayramıdır.
Novruz şənliyində rayonumuzdan olan musiqiçilərlə yanaşı qonaqların da çıxışları hər kəsə xoş ovqat bəxş etdi. Yevlax Mədəniyyət və Turizm Şöbəsinin nəzdində əməkdar mədəniyyət işçisi İlqar Əhmədovun rəhbərliyi ilə “Kür” instrumental ansamblının, respublikanın Əməkdar artisti Gülüstan Əliyevanın və başqalarının çıxışları alqışlarla qarşılandı.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup işçiyə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələr verildi, imkansız ailələrə yardımlar paylandı.