Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar
    Mədəniyyət Tərtərdə Novruz adətləri üçün şərhlər bağlıdır

    bbTərtərdə Novruzla bağlı xüsusi bayram adətləri geniş yayılmışdır. Bayramda hökmən aş dəmlənib, bayram süfrəsi açılmalıdır. Bayram axşamını, Novruzu hamı öz evində qarşılamalıdı. Bayram ərəfəsində elçi getmək, toy, nişan, bəlgə etməklə sevincə sevinc qatılır. Bayramda küsülülər barışarlar. Bayramda boyanmış yumurta, şirniyyat və digər şeylərdən xonça düzəldilib süfrəyə qoyular. Bağ-bağça təmizlənib səliqəyə salınardı. Suyun üstündən hoppanar, axar sudan içib əl-üzlərini yuyarlar. Bayramı təzə paltarla qarşılarlar, Novruza pak, təmiz halda çıxarlar. Səhərə qədər küçədə tonqallar, evdə lampalar sönməz. Bayram günü evdən kibrit, neft, od, kömür verməzlər. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Mədəniyyət BİR BİNANIN MEHRİBAN SAKİNLƏRİ üçün şərhlər bağlıdır

    33 (2865 x 1962)Milli-mənəvi dəyərlərimizi özündə yaşadan adət-ənənələrimizdən biri də Novruz bayramıdır. Novruz bayramı öz gəlişi ilə insana ruh yük- səkliyi gətirir.

    24-25-ilə yaxındır ki, Nizami küçəsindəki 30 mənzilli beşmərtəbəli binada yaşayıram. Bu binanın sakinləri hər novruz bayramında daha da mehribanlaşır və doğmalaşırlar.

    İlaxır çərşənbələrin gəlişi azyaşlı uşaqların sevincinə səbəb olur. Hə- lə gündüzdən arx kənarından, çal-çəpərlərdən çırpı yığılaraq şər qarışanda ocaq yandırılır. Hamı tonqalın ətrafına yığılır. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Mədəniyyət Uşaqların sevinci üçün şərhlər bağlıdır

    Meltem Buyuran with "Semeni" - Symbol of Spring

    Novruz hamımızın bayramı olsa da, əlbəttə, onun gəlişinə ən çox sevinən balacalardır. İlaxır çərşənbəsində bü- tün evlərdə səbirsizliklə onların yolunu gözləyirlər. Bayram tonqalları yanıb qurta- randan sonra uşaqlar dəstə-dəstə evlərə papaq atmağa gedirlər. Bizim Qarağacı kəndində qadınlar əvvəlcədən hazırlıq görürlər. Papaqlara, torbalara qoyulası şirniyyat, meyvə, xüsusən də boyanmış yumurtalar ayrıca yığılır ki, uşaqlar gözləməsinlər və daha çox evə baş çəkə bilsinlər.

    Hətta bizdə hesab edirlər ki, papaq atanların sayı nə qədər çox olsa, il bir o qədər bərəkətli və ruzili olacaq.1299677094_0_b23a_21c3010d_l

    Yandırdığımız bayram tonqalları mənfur qonşularımız olan ermənilərin gözünə ox kimi batır. Onlar xalqımızın bayram ovqatını korlamaq üçün həmin günlərdə atəşkəsi daha tez-tez pozurlar. Amma kənd arxayın bayramını keçirir. Çünki səngər-lərdə dayanan və dincliyimizi qoruyan igid əsgərlərimiz var.

    Novruzda onlar da yaddan çıxmır. Hər evdən, ailədən əsgərlərə bayram sovqatı göndərilir.

    Novruzda heç kim yaddan çıxmamalıdır, xüsusən də qocalar, xəstələr və tənha yaşayanlar. Odur ki, həmin vaxt kənarda yaşayanlar da kəndə gəlib valideynlərinə, doğmalarına baş çəkir, onlara sovqat gətirirlər. Əlbəttə ki, əsas məqsəd bayram pa-yı gətirmək deyil, könülləri sevindirməkdir.

    Arzu edirəm ki, qarşıdan gələn bahar bütün könüllərə sevinc, elimizə-obamıza xeyir-bərəkət gətirsin.

    Şəlalə  

    Teqlər:

  • 18Mar
    Mədəniyyət Cəbhə də qeyd edirdik. üçün şərhlər bağlıdır

     

    ad6a21a4ae5b (1)Hər il Novruz gələndə mənim xəyallarım çox-çox uzaqlara, uşaqlıq illərimə gedib çıxır. O zman sovet hakimiyyəti yeni qurulmuşdu və bizim milli bayramlarımızın açıq şəkildə qeyd olunmasına icazə verilmirdi. Buna baxmayaraq, hər evdə bayrama hazırlıq işləri görülürdü. Bu qədim adətlərimiz bizim varlığımızda, ruhumuzda idi və bunları kənardan idarə etmək mümkün deyildi.

    Hətta Böyük Vətən müharibəsi cəbhələrində döyüşərkən biz azərbaycanlılar bombarduman altında belə baharın gəlişini qeyd etməyi unutmurduq. Yaxşı yadımdadır, bir dəfə evdən mənə kiçik bağlama göndərmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Mədəniyyət Qələbə tonqalı qalanacaq üçün şərhlər bağlıdır

    tonqalAşıq Şəmşirin vətəni olan Kəlbəcərin Ağdaban kəndində doğulub, ilk dəfə bu dünyanın gözəlliklərini – meşələrimizi, dağlarımızı orada görüb sevmişəm. Kəndimiz xalqımızın milli varlığınını əks etdirən adət və ənənələrimizi, o cümlədən Novruz adətlərini daim yaşadırlar.

    Ağdabanın içindən Ağdaban çayı keçib Tərtər çayı ilə qovuşurdu. Cavanlar həmişə çərşənbə tonqallarını bu çayın kənarında qalayardılar. Həm də su çərşənbəsində qız-gəlinlər sübh tezdən durub səhənglərlə çaydan su gətirər, ev-eşiyə, həyət bacaya göz yaşı kimi durru su səpərdilər. Daha ətraflı »

    Teqlər: