Bu günlərdə Ağdam Dövlət Dram Teatrının kollektivi tərtərlilərin qonağı olmuşdur. Kollektivin təqdim etdiyi Miraslan Mirtoviçin “Gecə yarısı soyğunçuluq” tamaşası teatrsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Tamaşanın quruluşçu rejisoru Sərvər Əliyev, rəssamı Elman Balakişiyevdir. Rolları aktyorlardan əməkdar artist Cəmil Məmmədbəyli, Suliddin Quliyev, Afəridə Sabir qızı, Elşən Cavadov, Qalib Abdullazadə və Natiq Fərzəliyev oynamışlar.
Komediya janrında olan bu tamaşa maraqla qarşılanmışdır.